
Şimali Koreyanın Rusiyadakı səfiri Sin Hon Çxol Moskva ilə Pxenyan arasındakı münasibətlərin görünməmiş səviyyəyə çatdığını bildirib.
BAKU.WS xəbər verir ki, diplomat bu barədə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 78-ci ildönümü münasibətilə Moskvada keçirilən qəbulda danışıb.
Səfirin sözlərinə görə, Şimali Koreya lideri Kim Çen Inla Rusiya Prezidenti Vladimir Putin arasında formalaşan səmimi münasibətlər ikitərəfli əlaqələrin inkişafına mühüm təsir göstərib.
O qeyd edib ki, 2024-cü ildə iki ölkə liderinin görüşü münasibətləri hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib və tərəflər arasında "məğlubedilməz döyüş yoldaşlığı" formalaşdırıb.
Xatırladaq ki, Şimali Koreya Xarici İşlər nazirinin müavini Kim Conq Gyu da daha əvvəl Pxenyanın Moskva ilə dostluq və əməkdaşlıq əlaqələrini hərtərəfli inkişaf etdirmək niyyətində olduğunu açıqlamışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.