Dünən, 12:48 91

Deputat:

"Hazırda Azərbaycanda 22 bank, 14 elektron pul təşkilatı və 9 ödəniş təşkilatı fəaliyyət göstərir. 2026-ci ildə 2 ödəniş təşkilatı, 2025-ci ildə isə 2 elektron pul qurumu üçün lisenziya verilib. 2020-ci illə müqayisədə POS terminalların sayı 3.2 dəfə artaraq 184.4 minə çatıb. Son 5 ildə isə bu sahədə illik orta artım sürəti 26.3 faiz olub. Ötən 10 il ərzində dövriyyədə olan bank kartlarının sayı hər il orta hesabla 14.8% yaxud ümumilkdə 3.8 dəfə artaraq 2026-cı ilin may ayının sonunda 22.8 milyona çatıb".

BAKU.WS xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deputat Vüqar Bayramov deyib.

O bildirib ki, elektron əməliyyatlar ilə bağlı bir sıra çağırışlar var:

"Ölkə üzrə cəmi POS terminalların 62.1 faizi Bakı şəhərinin payına düşür. Hazırda 1 ədəd POS terminala düşən əhali sayı 60 nəfərdir. Hansı ki, Gürcüstan hər POS terminal 29 nəfərə, Türkiyədə isə 47 nəfərə xidmət göstərir. Aktiv vergi ödəyicilərinin əhəmiyyətli hissəsi POS terminal xidmətlərindən istifadə etmir. Hazırda 883 min aktiv vergi ödəyicisinin olmasına baxmayaraq cəmi 184.4 min POS terminalın istifadə edir. Azərbaycanda POS terminalların sayı aktiv vergi ödəyicilərin sayından təxminən 5 dəfə azdır".

"Digər çağırış POS terminallardan istifadə üzrə tariflərin yüksək olmasıdır. Azərbaycanda debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri də yüksəkdir. Mastercard Türkiyədə debet və prepaid kartlara tətbiq edilən interçeync tarifləri 0.65%, Qazaxıstanda 0.9-1.3% arasında dəyişdiyi halda müvafiq göstərici Azərbaycanda 1.14-1.73% arasında dəyişir. Azərbaycanda region ölkələrinə nisbətən daha yuxarı interçeync tarifləri tətbiq edilir. Standart müştəri kartı üzrə tətbiq edilən tariflər Azərbaycanda 1.3-1.8 faiz arasında dəyişdiyi halda Türkiyədə müvafiq göstərici standart olmaqla 1.32 faiz (standart), Gürcüstanda 1-1.75%, Qazaxıstanda isə 0.9-1.1 faiz arasında dəyişir", - deputat vurğulayıb.

Onun sözlərinə görə, POS-terminal xidmətləri üzrə yüksək komissiya haqları ticarət obyektləri üçün izafi xərc yaratmaqla yanaşı, istehlakçı qiymətlərinə də təsir göstərir:

"Eyni zamanda, əksər hallarda həmin xərclər iri satış obyektləri tərəfindən mikro və kiçik sahibkarlara təqdim olunan sifarişlərə transfer edilir. Nəticədə yüksək komissiya haqları mikro və kiçik sahibkarlığın inkişafı baxımdan da arzuolunan deyil. Eyni zamanda, yüksək xərc bəzi xidmət və satış obyektlərində plastik kartlardan istifadəyə marağı azaldır".

"POS terminallardan istifadə ilə bağlı tariflərin azaldılması iqtisadiyyatın ağardılması baxımdan da vacibdir. Hazırda mikro sahibkarlar üçün 2 faizlik sadələşdirilmiş dövriyyə üzrə vergi güzəştləri tətbiq olunur. Amma POS terminallardan istifadə üzrə ümumi tariflər hətta vergi dərəcəsindən də çoxdur. Bu o deməkdir ki, bir sıra hallarda nağdsız ödənişlərə üstünlük verən və şəffaf işləmək istəyən mikro sahibkar vergidən daha çox POS terminaldan istifadəyə görə banklara haqq ödəməlidir. Bu isə mikro sahibkarların nağdsız hesablaşmalara marağını azaldır. POS terminal tarifləri iqtisadiyyatın ağardılması üçün maneə olmamalıdır. Bu baxımdan Mərkəzi Bank tərəfindən POS terminal tariflərinə yenidən baxılıb aşağı salınması məqsədəuyğundur. Yüksək tariflər mikro sahibkarların nağdsız hesablaşmalardan daha çox istifadəsinə əngəl olur və vergidən yayıma hallarını artırır. Doğrudur, Mərkəzi Bank tərəfindən bu istiqamətdə addımlar atılır. Amma tariflərin optimallaşdırılması ilə daha sistemli tədbirlərə ehtiyac var. Digər tərəfdən, Mərkəzi Bankın stimullaşdırıcı alətlərdən istifadə etməklə plastik kartlardan istifadə ilə bağlı komissiya haqlarının azaldılmasına nail olması arzuolunandır. Bir sıra inkişaf etməkdə olduğu kimi daxili İnterçeync sisteminin genişləndirilməsi də bankların bu yüksək komissiya haqlarını azaldar. Bu isə nağdsız hesablaşmaları təşviq etməklə yanaşı, qiymətlərin də azalmasına səbəb ola bilər".

Paylaş

Xəbər lenti

Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Bu gün, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Bu gün, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Bu gün, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Bu gün, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Bu gün, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Bu gün, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Bu gün, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Bu gün, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Bu gün, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Bu gün, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Bu gün, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Bu gün, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Bu gün, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Bu gün, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Bu gün, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Bu gün, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR