
Bakının Yasamal rayonunda motosikletçini avtomobil vurub.
“AVESTA.AZ”un məlumatına görə, 1997-ci il təvəllüdlü Osmanov Sahil Aslan oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.