
"Jane Air" qrupunun solisti Lissova bədxassəli şiş diaqnozu qoyulduğunu açıqlayıb.
BAKU.WS xəbər verir ki, həkimlər "Jane Air" qrupunun solisti və "Little Big" qrupunun keçmiş üzvü Anton Lissova bədxassəli şiş diaqnozu qoyublar.
Musiqiçi bu barədə "Telegram"da paylaşdığı videoda məlumat verib.
"Bu yay əməliyyatı keçirdim. Çıxardıqları şey bədxassəli çıxdı. Ona görə də şüa terapiyası alacağam", - Lissov əlavə edib.
"Jane Air" qrupunun Moskva və Sankt-Peterburqda keçiriləcək qarşıdan gələn konsertləri bu il sonuncu olacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.