Dünən, 16:48 123

General Zeynalovla kapitanın

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rəis müavini, general-mayor Raul Zeynalovun zərərçəkmiş kimi tanındığı "şabalıd cinayəti" ilə bağlı məhkəmə araşdırması başa çatıb.

"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Bu iş üzrə ittiham olunan şəxs də zabitdir. FHN-də işləmiş kapitan Ayaz Bayramov general Zeynalovla yaxın olub. Sonradan Ayaz və generalı şabalıd ticarətinə başlayıblar. Bakıda şabalıd bazarında monopoliya qurmaq istəyən general bu iş üçün milyonlarla pul xərcləyib. O, bəzi vaxtlarda "Lexus", "BMW" və "Chevrolet" markalı avtomobillərini də Ayazın adına keçirib ki, girov qoyub pul götürsün.

Ayaz əsasən R.Zeynalovun pulu ilə Qəbələ, Balakən və Zaqataladan Bakı bazarına şabalıd gətirib. Təxminən 2 ilə yaxın generalla kapitan bu alverdən yaxşı qazanc əldə ediblər.

General Zeynalovla kapitanın

Lakin bu şabalıd ticarəti sonradan necə deyərlər, şabalıd cinayətinə çevrilib. Alver alınmayandan sonra Raul Zeynalov bütün günahı Ayazda görüb, ondan prokurorluğa şikayət edib. İttihama görə, Ayaz generalın 1 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Sonradan FHN-in başqa iki zabitinin də şabalıd alverinə qoşulduğu və aldadıldığı ortaya çıxıb.

Amma Bayramov özünü təqsirli bilməyib. O, istintaq təcridxanasından redaksiyamıza göndərdiyi məktubda və məhkəmədəki ifadəsində generalı yalan danışmaqda ittiham edib. Bayramovun sözlərinə görə, general bütün pulları ona faizlə verib və artığı ilə geri alıb. Kapitan, həmçinin məhz Zeynalovun sifarişi ilə həbs olunduğunu, digər zərərçəkmişlərə də onun yol göstərdiyini bildirib.

Fotoda: Hakim Zaur Hacıyev

General Zeynalovla kapitanın

Məhkəmədə zərərçəkmiş general özü də iki dəfə dindirilib. Tərəflərin üzləşməsi qarşılıqlı ittihamlarla keçib.

Bir il davam edən məhkəmə artıq yekunlaşıb. Hakim Zaur Hacıyevin sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə verilmiş ittihamlar kifayət qədər dəlil və sübutlar, həmçinin şahid ifadələri ilə təsdiqini tapıb. Zərərçəkmiş şəxslərə dəymiş ziyan ödənilməyib, barışıq yoxdur.

Hökmə əsasən, Ayaz Bayramov xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il 6 ay azadlıqdan məhrum edilib.

Maraqlıdır ki, bu hökm işə baxan hakim üçün də əlamətdar olub. Zaur Hacıyev bununla Bakı Hərbi Məhkəməsindəki fəaliyyətini başa vurub. O, artıq Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

Paylaş

Xəbər lenti

Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Bu gün, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Bu gün, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Bu gün, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Bu gün, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Bu gün, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Bu gün, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Bu gün, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Bu gün, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Bu gün, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Bu gün, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Bu gün, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Bu gün, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Bu gün, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Bu gün, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Bu gün, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Bu gün, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Bu gün, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Bu gün, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Bu gün, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Bu gün, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Bu gün, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Bu gün, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Bu gün, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Bu gün, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Bu gün, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Bu gün, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Bu gün, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Bu gün, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Bu gün, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Bu gün, 16:48 "Quyruqlu uşaq" iddiasından xilafət xülyasına: Azərbaycana dil uzadanlar kimlərdir? Bu gün, 16:48 Tünzalə Ağayevadan 50 yaşında özünə hədiyyə: "100 dəfə 1000 dəfə" Bu gün, 16:48 "Brain Academy"də fiziki şiddət: Autizmli 2 yaşlı uşaq döyüldü Bu gün, 16:48 Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişib Bu gün, 16:48 Azərbaycanlı çobanın Ermənistana keçməsinin təfərrüatı Bu gün, 16:48 "Sabah"la oyundan qayıdan "Borussiya Dortmund" "Qarabağ"a təşəkkür edib Bu gün, 16:48 Leyla Əliyeva Səmərqənddə Zimbabvenin birinci xanımı ilə görüşüb Bu gün, 15:48 Azərbaycanla İndoneziya arasında siyasi məshələtləşmələr keçirilib Bu gün, 15:48 Selin dağıtdığı yollar və körpülər indi belə görünür – ƏVVƏL VƏ SONRA Bu gün, 15:48 Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA Bu gün, 15:48 Azərbaycan cüdoçuları Düşənbədə Qran-pri turnirində iştirak edəcəklər Bu gün, 15:48 Ağdam, Xocalı və Laçına qayıdan sakinlərə cins mal-qara paylanılıb Bu gün, 15:48 Yevlaxda qeysəriyyə əməliyyatı zamanı uşaq ölüb Bu gün, 15:48 Firuzə İbadova 2 aydır yataqdan qalxmır Bu gün, 15:48 Masazırda 65 yaşlı kişi özündən 16 yaş kiçik sevgilisini döydü Bu gün, 14:48 Quba-Bakı yolunun Sulutəpə istiqamətində olan hissəsi təmirə bağlanıb - DİQQƏT Bu gün, 14:48 Şimali Makedoniya Prezidenti İlham Əliyevlə enerji məsələlərini müzakirə edib Bu gün, 14:48 Azərbaycan Türkiyənin 31 vətəndaşını "arzuolunmaz şəxs" elan edib - SİYAHI Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR