Dünən, 09:48 89

"Global Media" şirkətlər qrupuna daxil olan "Report" İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 12 il ötür.

Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "Report" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 12 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə, rəy və açıqlamalar yaymaq, Azərbaycanda və dünyada keçirilən irimiqyaslı tədbirləri xəbər, foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda "Report"un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

"Report" agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda "Report"un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Eyni zamanda Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda, həmçinin Avropa İttifaqı ölkələri və Balkan ölkələri üzrə fəaliyyət göstərən xüsusi büroları həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

"Report" daim beynəlxalq əlaqələrini genişləndirir. Belə ki, agentlik Qazaxıstanın ən nüfuzlu informasiya qurumlarından biri – "Xabar" Agentliyi, Çinin nüfuzlu CCTV+ Videoxəbər Agentliyi ilə əməkdaşlıq haqqında memorandumlar imzalayıb.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə 2018-ci ildən Report Media Məktəbi fəaliyyət göstərir. İlk illərdə məktəbə tələbə qəbulu yalnız Azərbaycan dilində aparılsa da, hazırda həm də rus dilində aparılır. Bu günədək 21 qrup media məktəbinin məzunu olub. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "Report"da və digər KİV-də fəaliyyətə başlayıb.

"Report" mütəmadi olaraq irimiqyaslı beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Agentlik həmçinin sosial mediada da geniş auditoriya toplayıb. Hazırda "Report"un bütün əsas platformalarda rəsmi səhifələri fəaliyyət göstərir.

Son illər "Report" İnformasiya Agentliyi həmçinin sənədli film istehsalında da öz sözünü deməkdədir. Agentliyin ərsəyə gətirdiyi "Parabüzən" sənədli filmi və "Xocalı. Son toy..." və "Vətən daşı" sənədli filmi tamaşaçılar arasında xüsusi rəğbət qazanıb.

İdarəetmənin beynəlxalq standartlara cavab verməsi agentliyin prioritetlərindəndir. Bu baxımdan "Report" İnformasiya Agentliyinin ISO-9001, ISO-14001 və ISO-45001 sertifikatlarını alması buna nümunədir.

AVESTA.AZ kollektivi olaraq "Report"dakı əməkdaşları təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq!

Paylaş

Xəbər lenti

Regional Su Meliorasiya Xidməti Abşeronda qəzalı vəziyyəti aradan qaldırmağa 4 milyon manat xərcləyəcək Bu gün, 15:48 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu Bu gün, 15:48 Azərbaycan Ümumdünya Qastronomiya Turizmi Forumuna ev sahibliyi edəcək Bu gün, 15:48 Ramiz Mehdiyev AMEA-dan tam uzaqlaşdırıldı Bu gün, 15:48 Bakıda məşhur parkda süni göl qurudulub - SƏBƏB Bu gün, 15:48 Elsevər Əliyevin həyat yoldaşı da saxlanıldı Bu gün, 15:48 Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi" Bu gün, 15:48 Netanyahu üçün kritik sınaq: Seçkilərdən sonra İsraili nə gözləyir? Bu gün, 15:48 Xuraman Əlizadəyə ağır itki üz verdi Bu gün, 14:49 Ramin Məmmədov: Dini dözümlülük dövlət siyasətinin əsas istiqamətlərindəndir Bu gün, 14:49 Azad edilmiş ərazilərdə dini abidələrin bərpasına başlanılıb Bu gün, 14:49 Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb Bu gün, 14:49 Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib Bu gün, 14:49 Allahşükür Paşazadə: "Dindarlar hər zaman dövlətimizin yanındadırlar" Bu gün, 14:49 Azərbaycanda vəzifəli şəxsin iş adamı olan oğlu həbs edildi Bu gün, 14:48 Azərbaycanın məzhəblərarası anlaşma modeli beynəlxalq müstəvidə örnək qəbul olunur Bu gün, 14:48 Məmurlar aldıqları hədiyyə barədə məlumat verməli olacaqlar Bu gün, 14:48 32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi Bu gün, 14:48 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası Bu gün, 14:48 Nazir müavini: "Azərbaycanda 800-ə yaxın avtobus yenilənəcək" Bu gün, 13:49 Azərbaycan 2027-ci ildə BMT-nin Qlobal Forumuna ev sahibliyi edəcək Bu gün, 13:49 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri vəzifəsinə təyinat olub Bu gün, 13:49 Balıq tutmaq üçün qurd axtaran cütlük 24 min gümüş sikkə tapıb Bu gün, 13:49 Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb Bu gün, 13:48 Fərid Cəfərov: "Forumda iştirak etmək üçün 500-dən çox xarici qonaq dəvət olunub" Bu gün, 13:48 Alkoqolun zərərini azaltmağın yolu açıqlanıb Bu gün, 13:48 Azərbaycan Bolqarıstana neft satışını 4,5 dəfə artırıb Bu gün, 13:48 Xırdalanda maşının təkərinin lükə düşməsi ilə bağlı ADSEA-dan açıqlama Bu gün, 12:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdinin ölümünün təfərrüatı Bu gün, 12:48 Azərbaycanda ictimai nəqliyyatın şarjında "yaşıl enerji"dən istifadə edilə bilər Bu gün, 12:48 TÜRKPA Baş katibi TDT Ağsaqqallar Şurasının sədri Binali Yıldırım ilə görüşüb Bu gün, 12:48 Azərbaycanda "JEK" sistemi tarixə qovuşur? - Yeni idarəetmə modeli təklif olunur Bu gün, 12:48 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir Bu gün, 12:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirib Bu gün, 12:48 Migel Anxel Moratinos: "Dinlər bu gün planetimizdə yaşayan 8 milyard insanın qayğısına qalır" Bu gün, 12:48 Bakı növbəti nüfuzlu tədbirə ev sahibliyi edir Bu gün, 12:48 Pensiya yaşı ilə bağlı YENİ TƏKLİF: Kimlər daha tez pensiyaya çıxa bilər? Bu gün, 11:48 Baku Steel Company Türkmənistanda keçirilən sərgidə məhsul portfelini təqdim etdi Bu gün, 11:48 Paytaxt məktəbində faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılaraq öldü Bu gün, 11:48 Kamran Əliyev: Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulacaq Bu gün, 11:48 İlham Əliyev Çex Respublikasının Prezidentinə təbrik məktubu ünvanlayıb Bu gün, 11:48 Pensiya kapitalı ilə ev almaq mümkün olacaq? - VACİB AÇIQLAMA Bu gün, 11:48 Bu ərazidə yeni məktəb tikiləcək - 5,5 milyon manat ayrılır Bu gün, 11:48 Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatında növbəti matçını keçirəcək Bu gün, 10:48 Lamin Yamalın atası hava limanında ofisiant qadının üzünə tüpürüb Bu gün, 10:48 Bakıda mikromobillik zolaqlarının uzunluğu 68 kilometrə çatdırılıb Bu gün, 10:48 Planet FM (88.7) Qafqazın radio məkanında ilkə imza atdı! Bu gün, 10:48 Prezident İƏT-ə üzv dövlətlərin korrupsiya orqanlarının rəhbərlərinin iclasına müraciət ünvanlayıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR