27-10-2024, 08:00 492

“Report” İnformasiya Agentliyinin 10 yaşı tamam olur

Bu gün “AVESTA.AZ” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasından 10 il ötür.

Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə "AVESTA.AZ" İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən agentlik ötən 10 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“AVESTA.AZ” İA gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “AVESTA.AZ”un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edir.

"AVESTA.AZ" agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan AVESTA.AZ.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda “AVESTA.AZ”un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Türkiyə, ABŞ, Fransa, Gürcüstan, Ukrayna, Rusiya və Qazaxıstanda fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə 2018-ci ildən AVESTA.AZ Media Məktəbi fəaliyyət göstərir. İlk illərdə məktəbə tələbə qəbulu yalnız Azərbaycan dilində aparılsa da, hazırda həm də rus dilində aparılır. Bu günədək 17 qrup media məktəbinin məzunu olub. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist "AVESTA.AZ"da və digər KİV-də fəaliyyətə başlayıb.

AVESTA.AZ.az mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq AVESTA.AZ.az bundan sonrakı dövrdə də daim işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.

Hazırda "AVESTA.AZ" İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.

“AVESTA.AZ” İnformasiya Agentliyi bütün oxucularına, həmçinin ötən müddət ərzində media orqanı ilə əməkdaşlıq edən dövlət qurumlarına, deputatlara, QHT-lərə, vəkillərə, səfirliklərə, ekspertlərə təşəkkür edir, uğurlar arzulayır!

Paylaş

Xəbər lenti

İrəvan TRIPP üzrə sazişi təsdiqlədi: Marşrut işə düşsə, keçid necə tənzimlənəcək? Bu gün, 18:48 "İstirahətə gedirik" deyən ər-arvadın avtomobilindən 36 milyon tapıldı Bu gün, 18:48 "Azəristiliktəchizat" 9 ayda istilik enerjisi istehsalını 4 %-dən çox artırıb Bu gün, 18:48 Məktəbdə yıxılaraq həyatını itirən şagird Salyanda dəfn olundu Bu gün, 18:48 Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK Bu gün, 18:48 Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub Bu gün, 18:48 Azərbaycandan göndərilən 1,5 milyon dollarlıq enerji avadanlığı Ukraynaya təhvil verilib Bu gün, 17:48 Qan qrupları ilə zəka arasında əlaqə olduğu iddia edilir Bu gün, 17:48 Xocalıda üç nəfər cərimələnib - SƏBƏB Bu gün, 17:48 Baba Vəziroğlu: "Oğluma dəmişəm ki, biznesmen ol, sənətdə pul yoxdur" Bu gün, 17:48 Vüsalə Əlizadə: "Əlinə taxta parçası alan toy aparıcısı olur" Bu gün, 17:48 Paşinyan hakimiyyətin hansı halda istefaya gedəcəyini açıqladı Bu gün, 17:48 Ceyranbatanda məktəbin 10 şagirdi zəhərlənib: Popkorndan şübhələnilir Bu gün, 17:48 ABŞ-nin ştatında saqqız satışına qadağa qoyula bilər Bu gün, 17:48 İlham Əliyev İspaniya Kralına başsağlığı verib Bu gün, 17:48 Xalq artisti ilə quda olan Əməkdar artist: "Qızıma deyirəm ki, döz..." Bu gün, 17:48 Qızların qaldığı yataqxanada nə baş verib? "Hansısa qız oğlanla bu zonaya keçə bilməz" Bu gün, 16:48 Prezident İlham Əliyev Bakıda keçirilən FİFA U-15 yarışının finalçılarını mükafatlandıracaq Bu gün, 16:48 Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? Bu gün, 16:48 Röya Ayxan: "Gəlinimlə yaşamaq istəmirəm!" Bu gün, 16:48 Azərbaycanda 9 ayda 146 cinayətkar qrup zərərsizləşdirilib Bu gün, 16:48 Antalyada güclü leysan yağışları selə səbəb oldu Bu gün, 16:48 Bakıda məktəbdə jurnalistləri döyən üç nəfər məsuliyyətə cəlb edilib Bu gün, 16:48 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi Bu gün, 16:48 Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib Bu gün, 15:49 Bu tarixdə ABŞ-də televiziya yayımı dayandırılacaq, Avropada isə əhaliyə xəbərdarlıq edildi Bu gün, 15:49 Ağ Şəhərdəki tramplinlə bağlı AAYDA-dan RƏSMİ CAVAB Bu gün, 15:49 6 gün sonra 86 yaşı tamam olacaqdı - Vəfat etdi Bu gün, 15:48 PAŞA Real Estate Qrup və Marriott International Daşkənddə JW Marriott brendi altında rezidensiya layihəsi üzrə saziş imzalayıb Bu gün, 15:48 Bakı-Şamaxı yolunda asfalt niyə dağılır? - SƏBƏBİ AÇIQLANDI Bu gün, 15:48 Xırdalan şəhərində avtoxuliqanlıq edən sürücü həbs olunub Bu gün, 15:48 AZAL-ın təşkil etdiyi lotereyanın 100 qalibi müəyyən edilib Bu gün, 15:48 Mətbuat Şurası: Jurnalistlərə fiziki təzyiq göstərilməsi qəbuledilməzdir Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın üç güləşçisi məğlub olub Bu gün, 14:48 Sosial şəbəkə trendləri gəncləri hansı riskə aparır? Bu gün, 14:48 Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu Bu gün, 14:48 Bakıda nömrəsiz "Pikap"dan təhlükəli manevr - qəza şəraiti yaratdı Bu gün, 14:48 Azərbaycan və Türkiyə XİN başçılarının təkbətək görüşü keçirilib Bu gün, 14:48 Haber Global": "Türkiyə və Azərbaycan arasındakı münasibətlər sarsılmaz və daimi qardaşlıq bağına əsaslanır" Bu gün, 14:48 Alyona Əliyeva uşaqlar üçün təşkil olunmuş "Halloween" şənliyindən paylaşım edib Bu gün, 14:48 Bakıda dayəyə verilən körpənin ölməsinin yeni təfərrüatı Bu gün, 13:48 Gələn il Azərbaycanda iqtisadi artım nə qədər olacaq? Bu gün, 13:48 Məktəbdə jurnalistləri döyən şəxs boksçu imiş - Detallar Bu gün, 13:48 Energetika Nazirliyi və SOCAR "Energy & AI" hakatonu təşkil edir Bu gün, 13:48 Leyla Əliyeva "Sülh kitabı"nın təqdimatı və ICESCO ilə sazişin imzalanması mərasimlərindən paylaşım etdi Bu gün, 13:48 Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevlə bağlı qərar verildi Bu gün, 13:48 Dermatoloqdan isti duşla bağlı XƏBƏRDARLIQ Bu gün, 13:48 Məşhur müğənni 25 tələbəyə 1 milyon lirə təqaüd verəcək: "Əlini daşın altına qoymalısan" Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR