
Sumqayıt şəhərində bir sıra küçə və prospektlərdə asfalt örtüyünün əsaslı təmiri nəzərdə tutulur.
AVESTA.AZ-in məlumatına görə, bununla bağlı Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən satınalma müsabiqəsi elan edilib.
Layihənin ehtimal olunan qiyməti 1 milyon 482 min manat müəyyənləşdirilib.
Layihə çərçivəsində şəhərin Sülh prospekti, Zəngəzur küçəsi, Bədəlbəyli küçəsi, Üzeyir Hacıbəyov küçələri və digər ərazilərində müxtəlif yol-təmir işlərinin aparılması planlaşdırılır.
Görüləcək işlərin nəticəsində qeyd olunan küçələrdə yol örtüyünün yenilənməsi, hərəkət üçün daha rahat və təhlükəsiz şəraitin yaradılması, həmçinin yağış sularının ötürülməsi ilə bağlı problemlərin azaldılması gözlənilir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.