
Məlum olduğu kimi, Ermənistan ABŞ ilə TRIPP üzrə çərçivə sazişini parlamentdə təsdiqləyib.
Bəs sülh sazişi imzalanmadan marşrutun işə düşməsi mümkündürmü?
Mövzu ilə bağlı Baku TV-yə danışan ermənişünas, professor Qafar Çaxmaqlı bildirib ki, TRIPP layihəsinin reallaşdırılması istiqamətində hazırlıq işlərinin başlanması üçün Ermənistan parlamentinin sazişi ratifikasiya etməsi mühüm mərhələdir.
Onun sözlərinə görə, parlamentdə keçirilən səsvermədə müxalifət layihəyə qarşı çıxsa da, saziş təsdiqlənib. Layihənin həyata keçirilməsi üçün şirkət yaradılıb və maliyyə vəsaiti ayrılıb.
Qafar Çaxmaqlının fikrincə, layihənin sülh sazişindən əvvəl reallaşdırılması mümkündür. Bununla belə, iki ölkə arasında yekun razılaşma olmadan marşrutun fəaliyyətə başlaması gələcəkdə ciddi problemlər yarada bilər.
Professor bildirib ki, layihə çərçivəsində dəmir yolu, neft və qaz kəmərləri, magistral yol və enerji dəhlizinin yaradılması nəzərdə tutulur. Bu məsələlərin Azərbaycanla razılaşdırılması vacibdir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.