
Yaponiyada qan qrupları ilə zəka səviyyəsi arasında əlaqəni araşdıran tədqiqatın nəticələri müzakirələrə səbəb olub. İddialara görə, IV (AB) qan qrupuna sahib şəxslər analitik düşünmə qabiliyyəti ilə fərqlənirlər.
AVESTA.AZ xəbər verir ki, yayılan məlumatlarda I (O) qan qrupu liderlik, II (A) qan qrupu detallara diqqət, III (B) qan qrupu isə yaradıcılıq xüsusiyyətləri ilə əlaqələndirilir. IV (AB) qan qrupu həm analitik, həm də yaradıcı düşüncə ilə xarakterizə olunur.
Qeyd edək ki, qan qrupları Azərbaycanda geniş istifadə olunan təsnifata görə I, II, III və IV olaraq göstərilir. Hər qrup müsbət (+) və ya mənfi (−) rezus faktoruna malik ola bilər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.