
Bakının Biləcəri qəsəbəsində sürücülər yolda avtomobillərini hərəkətin əks istiqamətinə çıxararaq hərəkət edirlər.
Bu barədə məlumat AVESTA.AZ-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, Zəfər küçəsindən Bakı-Sumqayıt yoluna çıxan sürücülər yol-hərəkət nişanlarının tələbinə məhəl qoymadan əks istiqamətə çıxaraq hərəkət edirlər.
Şikayətçi iddia edir nəticədə sözügedən ərazidə tez-tez qəzalar baş verir.
Həmin görüntüləri təqdim edirik:
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.