
Şəki şəhərində yolların asfaltbeton örtüyünün əsaslı təmiri nəzərdə tutulur.
AVESTA.AZ-in məlumatına görə, təmir işləri Şəki Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirləcək.
İşlərin ehtimal olunan dəyəri 921 630,08 manat müəyyən edilib.
Layihənin həyata keçirilməsi şəhər yollarının vəziyyətinin yaxşılaşdırılmasına, nəqliyyatın daha rahat hərəkətinə və yol infrastrukturunun yenilənməsinə xidmət edəcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.