
Son günlər saxta Azərbaycan manatlarının dövriyyəyə buraxılması ilə bağlı vətəndaşlardan şikayətlər daxil olur.
Bu barədə vətəndaşlar AVESTA.AZ-in "qaynar xətti"nə məlumat veriblər.
Şikayətçilərdən biri saxta olduğu iddia edilən 20 manatlıq əskinasın görüntüsünü redaksiyamıza göndərib.
Vətəndaşların sözlərinə görə, belə halların artması insanlarda narahatlıq yaradıb. Onlar alış-veriş zamanı aldıqları əskinasların həqiqiliyinə əmin olmaqda çətinlik çəkdiklərini bildirirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.