Bu gün, 13:48 13

Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq

Azərbaycanda heyvan satışından əldə edilən gəlirin 50 %-nə, eləcə də kökəltmə məqsədilə ölkəyə idxal olunan heyvanlara 3 illik vergi güzəşti edilməsi təklif olunur.

AVESTA.AZ report-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.

Sənəd 2027-ci ilin büdcə zərfinə daxildir.

Qanun layihəsinə əsasən, güzəştlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi qeydiyyatda olan heyvandarlıq təsərrüfatlarının aldığı heyvanlara aid edəcək.

Sənədə görə, kənd təsərrüfatı Azərbaycanın iqtisadiyyatında strateji əhəmiyyətə malik olmaqla ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində, regionların sosial-iqtisadi inkişafında, məşğulluğun artırılmasında və qeyri-neft sektorunun genişləndirilməsində mühüm rol oynayır. Bu sahənin inkişafının dəstəklənməsi məqsədilə 1999-cu ildən etibarən kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan şəxslərə torpaq vergisi istisna olmaqla, digər əsas vergilər üzrə tam azadolmalar tətbiq edilmiş, həmçinin istehsal prosesində istifadə olunan əsas resurslar və kənd təsərrüfatı məhsullarının dövriyyəsi üzrə geniş ƏDV güzəştləri müəyyən edilib.

Vurğulanıb ki, mövcud güzəştlər aqrar sektorun formalaşmasına və inkişafına mühüm töhfə verməklə yanaşı, uzunmüddətli tam vergi azadolması nəticəsində sektorda rəqəmsal uçotun tam formalaşmaması, gəlirlərin rəsmi bəyan edilməsinin aşağı səviyyədə olması və vergi inzibatçılığı baxımından müəyyən boşluqların yaranmasına səbəb olmuşdur. Müasir iqtisadi çağırışlar aqrar sahədə dövlət dəstəyinin saxlanılması ilə yanaşı, şəffaflığın artırılmasını, rəqəmsal uçotun genişləndirilməsini və mərhələli vergitutma modelinə keçidi zəruri edir.

Bu baxımdan, layihədə kənd təsərrüfatı sektorunda uzun illər tətbiq olunan tam vergi azadolmasının birdəfəlik ləğvi deyil, yumşaq keçid prinsipi əsasında mərhələli vergitutma mexanizminin tətbiqi nəzərdə tutulur. Belə ki, gəlir və mənfəət vergisi üzrə mövcud 100 faizlik güzəşt 2027-ci il yanvarın 1-dən etibarən 5 il müddətinə 90 faizlik güzəştlə əvəz edilir və istehsalçıların gəlir və ya mənfəətinin yalnız 10 faizi ümumi qaydada vergiyə cəlb olunur.

Bildirilib ki, bununla yanaşı, sadələşdirilmiş vergi üzrə tam azadolma, istehsalçıların öz istehsal etdikləri məhsulların satışı üzrə ƏDV güzəşti, istehsal prosesində istifadə olunan əmlaka görə vergi azadolması, eləcə də kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satışı zamanı ƏDV-nin yalnız ticarət əlavəsindən hesablanması mexanizmi əlavə 5 il müddətinə saxlanılır.

Bu yanaşma aqrar istehsalçılar üçün vergi yükünün kəskin artmasının qarşısını almaqla yanaşı, mövcud dövlət dəstəyinin davamlılığını təmin edir.

Paylaş

Xəbər lenti

Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək Bu gün, 13:48 İşçilərin maaşları artıq bu qaydada ödəniləcək Bu gün, 13:48 Sinan Özen qardaşı ilə qəza keçirdi Bu gün, 13:48 35 yaşlı müğənni xərçəngdən öldü Bu gün, 13:48 "Paltara pul xərcləmərəm" deyən Yıldız Tilbenin sərvəti açıqlandı Bu gün, 13:48 Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı Bu gün, 13:48 Restoran və kafe işlədənlər üçün yeni güzəşt olacaq Bu gün, 13:48 Azərbaycana kökəltmə məqsədi ilə gətirilən heyvanlar vergidən azad olunacaq Bu gün, 13:48 Həbsxana həyatından danışan Rəqsanə: "Yaralı yerimdir" Bu gün, 12:48 Ermənistanda müxalifət lideri Samvel Karapetyan həbs edildi Bu gün, 12:48 Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur Bu gün, 12:48 Azərbaycanda kuryerlər aylıq 15 manat sabit vergi ödəyəcək Bu gün, 12:48 DSMF-nin gələn il gözlənilən gəlirlərinin və xərclərinin strukturu açıqlanıb Bu gün, 12:48 Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı yeni qayda Bu gün, 12:48 Azərbaycanda "İkinci əl" avtomobillər yeni prosedurla satılacaq Bu gün, 12:48 Ərdoğan Azərbaycana gələcək Bu gün, 12:48 Azərbaycanda yaşayış minimumu 2030-cu ilədək 359 manata çatdırılacaq Bu gün, 12:48 AFFA-ya yeni departament direktoru TƏYİNATI Bu gün, 12:48 DTX Biləsuvarda dron vasitəsilə narkotik vasitələrin qaçaqmalçılığını edənləri saxlayıb Bu gün, 12:48 Lotereya və mərc oyunçuları 500 manatdan çox uduşlara görə vergi ödəməyəcək Bu gün, 12:48 Güclü küləklə bağlı sürücülərə xəbərdarlıq edildi Bu gün, 12:48 Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb Bu gün, 11:48 "Qalatasaray" və "Fənərbağça"dan Avropada tarixi zəfər Bu gün, 11:48 Fidan Hacıyevanın Fransadakı möhtəşəm konsertindən GÖRÜNTÜLƏR Bu gün, 11:48 Əhaliyə XƏBƏRDARLIQ - Noyabrın 14-nə qədər davam edəcək Bu gün, 11:48 Zelenskidən İlon Maska sərt mesaj: "Sənin buna haqqın yoxdur" Bu gün, 11:48 Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçiləcək Bu gün, 11:48 Nazirlikdən sel və daşqınla bağlı XƏBƏRDARLIQ Bu gün, 11:48 Aİ Gürcüstan vətəndaşları üçün vizasız rejimi ləğv edə bilər Bu gün, 11:48 Bakıda sökülən evlərlə bağlı YENİ AÇIQLAMA - Bu binalar... Bu gün, 11:48 Birbank Biznes-dən mikro biznes krediti üzrə 5%-dək endirim kampaniyası Bu gün, 11:48 Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası keçirilib Bu gün, 10:48 ADSEA daşqın və sel sularından mühafizə ilə bağlı işlər həyata keçirir Bu gün, 10:48 Xırdalanda 2 avtobus toqquşdu - Sərnişinlər yolda qaldı Bu gün, 10:48 İlham Əliyev BMT İdarəetmə İnnovasiyaları Sammitinin iştirakçılarına müraciət ünvanlayıb Bu gün, 10:48 Oğlu öldürülən qadın gəlinini bağışladı, cəzası azaldıldı Bu gün, 10:48 Prezident: "ASAN xidmət" beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" Bu gün, 10:48 Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək Bu gün, 10:48 TƏBİB-dən Polad Həşimovun anasının səhhəti ilə bağlı AÇIQLAMA Bu gün, 10:48 Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" Bu gün, 09:48 "Qarabağ"ın sabiq ulduzu Bakıya gəldi Bu gün, 09:48 Anar Rzayevə ağır itki Bu gün, 09:48 SOCAR ilə "Comstock" şirkəti arasında yekun alqı-satqı müqaviləsi imzalanıb Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 6,64 dollar ucuzlaşıb Bu gün, 09:48 Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi Bu gün, 09:48 Şöhrət Məmmədov bu səbəbdən Azərbaycandan gedib Bu gün, 09:48 Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik" Bu gün, 08:48 Bavariyanın iqtisadiyyat naziri Berlində hotel otağında ölü tapıldı Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR