
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda dördüncü qol vurulub.
AVESTA.AZ xəbər verir ki, ev sahibləri hesabdakı üstünlüklərini möhkəmləndiriblər - 3:1.
81-ci dəqiqədə Henrik Falşener başla dəqiq oynayıb.
***
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda üçüncü qol vurulub.
AVESTA.AZ xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabda irəli çıxıblar - 2:1.
69-cu dəqiqədə Zlatko Tripiç diqqət mərkəzinə düşüb.
***
"Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk hissə yekunlaşıb.
AVESTA.AZ xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.
***
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ikinci qol vurulub.
AVESTA.AZ xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda ev sahibləri hesabı bərabərləşdiriblər - 1:1.
27-ci dəqiqədə Erik Botheym fərqlənib.
***00:15
Norveçdə "Vikinq" və "Sabah" komandaları arasında UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunun oyununda ilk qol vurulub.
AVESTA.AZ xəbər verir ki, Stavanger şəhərində keçirilən matçda Azərbaycan çempionu hesabı açıb.
11-ci dəqiqədə Orfe Mbina adını tabloya yazıdıb.
***00:00
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində "Vikinq" - "Sabah" qarşılaşması start götürüb.
AVESTA.AZ xəbər verir ki, görüşü niderlandlı Sander van der Eyk idarə edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.