
"Qarabağ"ın sabiq futbolçusu Riçard Almeyda yenidən Bakıya gəlib.
BAKU.WS xəbər verir ki, braziliyalı yarımmüdafiəçi paytaxtda olduğunu sosial şəbəkə hesabında paylaşdığı video ilə nümayiş etdirib.
Almeyda paylaşımına "Yaxşı övlad doğma evinə qayıdar" sözlərini əlavə edib. Onun bu ifadəsi Bakıya və Azərbaycana bağlılığını əks etdirib.
Qeyd edək ki, 2025-ci ildə "Qarabağ"dan ayrılan 36 yaşlı futbolçu hazırda Braziliyanın "Primavera" klubunda çıxış edir. O, Ağdam təmsilçisinin heyətində uzun müddət forma geyinib və klubun uğurlarında iştirak edib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.