
ABŞ-ın Men ştatının Lyuiston şəhərində baş verən atışmada ölənlərin sayı 16 nəfərə çatıb.
Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.
Hələ ki, kimliyi məlum olmayan şəxsin avtomatdan açdığı atəş nəticəsində 60 nəfər yaralanıb.
Ştat polisi şəhər sakinlərini evlərində qalmağa çağırıb. Şübhəli şəxs hələ də azadlıqdadır və onun axtarışları davam edir.
Amerikanın Lyuiston şəhərində (Men ştatı - Qeyd) baş verən atışma nəticəsində 10-dan çox adam ölüb, onlarla insan yaralanıb.
“Report” xəbər verir ki, bu barədə ABC telekanalı mənbələrə istinadən məlumat yayıb.
Qeyd olunub ki, atışma yerli bar və boulinq meydançasında baş verib. Şübhəli şəxs hələ də azadlıqdadır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.