4-02-2023, 17:33 470

Avropa parlamentarilərinin erməni xorası: korrupsiyanın təzahürü, “ultrasağçılar”la əməkdaşlıq

Son aylar dünya mediası bir-birinin ardınca avropalı parlamentarilərin korrupsiya qalmaqallarını dərc edir. Keçən ilin sonunda Brüsseli rüşvətxorluqda və 2022-ci il futbol üzrə dünya çempionatının təşkilatçısı Qətərdən böyük məbləğdə pul vəsaitlərinin və hədiyyələrin alınması ilə Avropa Parlamentinin qərarlarına təsir etmək cəhdində ittiham edilərək saxlanılan Avropa Parlamentinin vitse-prezidenti Eva Kayli və digər beş nəfərin korrupsiya qalmaqalı silkələdi.

2023-cü il fevralın əvvəlində isə Krımın Rusiya tərəfindən ilhaqını tanımaq və anti-Rusiya sanksiyalarının ləğvi üçün vəsatət qaldırmaq üçün Avropa Parlamentinin deputatlarına rüşvət verilməsi ilə bağlı yeni faktlar üzə çıxdı.

Hər iki qalmaqalın ətraflı təhlili vahid “əməkdaşlıq” mərkəzinə gətirib çıxarır.

Belə ki, yunan siyasətçisi Eva Kaylinin işi parlamentariləri özünün yaratdığı “Ədalət və Demokratiya Uğrunda Avropa Erməni Federasiyası”nda toplayan Kaspar Karampetyanı (mənşəcə yunan ermənisidir – red.) üzə çıxardı. Karampetyanın bütün “dostları” müxtəlif korrupsiya sxemlərində iştirak edənlərdir. Qeyd edək ki, bundan əvvəl Avropa Parlamentində “Ermənistanla dostluq qrupu”nun rəhbəri Eleni Teoxarus olub. Avropa Parlamentində Kiprin yunan hissəsini təmsil edən Teoxarus öz ölkəsində şübhəli fəaliyyətləri ilə tanınır – Kiprdə keçirilmiş seçki kampaniyaları zamanı rəqiblərinin irəli sürdüyü ittihamlardan biri də onun siyasi partiyasının maliyyə mənbələrində şəffaflığın olmaması ilə bağlıdır. Avropa Parlamentində “Xalq Partiyası” fraksiyasının üzvü olan Eleni Teoxarus “sifarişli spiker” obrazı və “uydurma strukturlarla əməkdaşlıq” imici ilə tanınır. O, erməni işğalı zamanı Qarabağa səfər edib. Bu cür işlərinə görə Teoxarus Avropa Parlamentinin proqramlarından təcrid olunub.

Eva Kayli
Eva Kayli

Avropalı deputatlarının nüfuzunu ləkələyən növbəti qalmaqal hakerlərin Rusiya Dövlət Dumasının əməkdaşı Sarqis Mirzəxanyanın elektron məktublarını internetə sızdırması və erməni piarçının avropalı parlamentariləri Krımın ilhaqını dəstəkləməyə inandırdığı sxemi üzə çıxarması ilə yaranıb. “Eesti Ekspress”, OCCRP, IRPI və “Profil” ilə birlikdə Mirzəxanyanın şəbəkəyə düşən məktublarını təhlil edən “Important Stories” nəşrinin yazdığına görə, təhlil nəticəsində məlum olub ki, bir neçə Aİ ölkəsinin parlamentariləri ilə qarşılıqlı əlaqə onların Yaltada vətənpərvərlik forumlarında və ilhaqdan sonra Krımda keçiriləcək Rusiya seçkilərinin monitorinqində iştirakına görə ödənişlərin edilməsini nəzərdə tuturdu. Avropa parlamentlərində Rusiyayönlü qətnamələrin qəbulu üçün, o cümlədən Rusiyaya qarşı sanksiyaların ləğvi üçün onminlərlə avro ayrılıb, “düzgün” səsvermə halında isə əlavə ödəniş təmin edilib.

Kaspar Karampetyan
Kaspar Karampetyan

Mirzəxanyan korrupsiya şəbəkəsinə təkcə erməni tanışlarını deyil, hətta öz anasını da cəlb edib. Belə ki, 2017-ci ilin əvvəlində “Hemingway Partners” MMC yaradılıb və bu şirkət Satenik Markaryana, yəni Mirzəxanyanın anasına məxsus olub. Şirkətin təqdimatlarında Mirzəxanyanın reallaşmış layihələri və onun təsirli imkanları – mitinqlərdən tutmuş seçkilərə, “informasiya təhdidlərinin aradan qaldırılması və əks-kampaniyaların aparılmasından” “qərar qəbul edən şəxslərə birbaşa çıxış üçün strategiyanın yaradılmasına” qədər olan imkanlar hərtərəfli təsvir edilib.

Mirzəxanyanın korrupsiya sxemi ilk dəfə İtaliyada həyata keçirilib. İtaliyanın Veneto regionunun Şurası Krımı Rusiyanın bir hissəsi kimi açıq şəkildə tanıyan və anti-Rusiya sanksiyalarının ləğvinə çağıran Avropanın ilk siyasi institutu olub. Venetonun ardınca İtaliyanın daha iki bölgəsi - Liquriya və Lombardiya da Rusiyayönlü oxşar qətnamələr qəbul edib. Mirzəxanyan bununla kifayətlənməyib. Artıq 2016-cı ilin iyununda o, həmkarına qəribə mətnlə məktub yazıb:

“Səsvermə üçün qiyməti bu böcək mənə də göndərib. Qalanları sizdən asılıdır, necə uyğun görürsünüzsə. Amma mümkün qədər çox olsun”. Bunun nə demək olduğu və söhbətin kimdən getdiyi yazışmadan aydın deyil, lakin məktuba “Avstriya və İtaliyada qətnamələr” adlı yeni “fəaliyyət planı” bərkidilib. Buradan belə çıxır ki, Venetoda qəbul edilən qətnamə daha yuxarı, artıq dövlət səviyyəsinə, İtaliya parlamentinə getməli olacaq. Sənədin sonunda “Smeta” bölməsində deyilir: “20 000 avro + 20 000 avro (depozit), səsvermənin uğurlu alınacağı təqdirdə hər bir hal üçün +15 000 avro”.

Bu məsələdən bir neçə gün sonra qətnamə layihəsi həqiqətən də İtaliya parlamentinə təqdim olundu, lakin Senat onu rədd etdi.

Elə həmin sənəddə oxşar qətnamənin Avstriya parlamentinə təqdim edilməsi üçün smeta da var: “20 000 avro, uğurlu səsvermə halında +15 000 avro”. İcraçı digər millətçi partiya olan Avstriya Azadlıq Partiyasının deputatı Yohannes Hübnerdir. 2016-cı ilin iyununda Hübner həqiqətən də belə qətnamə təqdim etdi, lakin İtaliyada olduğu kimi, Avstriyada da deputatların əksəriyyətinin dəstəyini qazanmadı.

Mirzəxanyanın poçtunda oxşar “fəaliyyət planları” çoxdur – Latviya, Yunanıstan və hətta Avropa Şurası Parlament Assambleyası ilə bağlı olanları var.

Amma Mirzəxanyanın komandası ən böyük uğuru köməkçisi, həm də erməni olan Areq Ağasaryanın ciddi çalışdığı Kiprdə əldə edib. Burada Kipr İşçilərinin Tərəqqi Partiyasına onminlərlə dollarlıq ianələr olub. Məhz Ağasaryanın təklifi ilə bu partiyanın uzunmüddətli baş katibi olan Andros Kiprianu Kipr parlamentinə Rusiyayönlü qətnamə layihəsi təqdim edib və İtaliya və Avstriyadan fərqli olaraq, Kiprdə qətnamə qəbul edilib. Bu qətnamə İtaliya və Avstriya layihələrindən iki əlavə tələblə fərqlənirdi: ayrı-ayrı ruslara qarşı fərdi sanksiyaların ləğvi, eləcə də Rusiya ilə Ukrayna arasında Minsk razılaşmalarına əməl olunması tələbi.

Bu korrupsiya faktlarını təhlil etdikdən sonra həm Kaspar Karampetyanın, həm də Sarqis Mirzəxanyan və şəriki Areq Ağasaryanın fəaliyyətində vahid istiqamət üzə çıxır: Avropa ölkələrinin marjinal, ultrasağ partiyaları ilə əməkdaşlıq, Avropanın siyasətinə kökündən zidd olan ideyaların təbliği.

Bu sxem uzun illər Azərbaycana qarşı da istifadə olunub. Məsələn, üzvləri nasist və antisemitizm şüarlarından istifadə etmək həvəsi ilə tanınan ifrat sağçı “Almaniya üçün alternativ” (Alternative für Deutschland, AfD) radikal partiyasının üzvləri məhz bu şəbəkənin təklifi ilə qeyri-qanuni olaraq Qarabağ ərazisinə səfər ediblər.

 Sarqis Mirzəxanyan
Sarqis Mirzəxanyan

Amma təəccüblənməyə dəyməz, axı həm erməni siyasi piarçılarının, həm də Ermənistanın özünün bu fəaliyyəti erməniçiliyin ümumi ideyasına uyğundur. Axı Qaregin Ter-Arutyunyan və tanınan adı ilə desək, Njde İkinci Dünya Müharibəsi illərində nasistlərin şəriki olub, amma Ermənistanda qəhrəman kimi hörmətlə qarşılanır və ölkə rəhbərliyi də buna qarşı çıxmır.

Bütün bu qalmaqallar fonunda bütövlükdə Avropa ölkələri, o cümlədən də Avropa Parlamentinin rəhbərliyi nasizmə, korrupsiyaya və Avropanın fundamental dəyərlərinə zidd olan bütün digər neqativ hallara yer olmayan gələcək haqqında düşünməlidir.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR