4-02-2023, 18:56 548

Bakı Ali Neft Məktəbində Gənclər Günü qeyd olunub

Bakı Ali Neft Məktəbində (BANM) 2 fevral - Gənclər Günü qeyd edilib.

“Report” xəbər verir ki, SOCAR, Gənclər və İdman Nazirliyi və Milli Məclis rəsmilərinin, həmçinin Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim heyəti, kollektivi və tələbələrin iştirak etdikəri tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevin 2 fevral - Gənclər Günü ilə bağlı gənclərə müraciətini əks etdirən videoçarx nümayiş olunub.

Tədbirə açılış nitqi ilə başlayan Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov Ali Məktəbin gənclərinin timsalında bütün Azərbaycan gənclərini təbrik edib. Dövlət gənclər siyasətinin əsasının Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən rektor, məhz Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, 2 fevral Azərbaycan Gəncləri Günü elan edildiyini və o gündən etibarən hər il bu günün təntənəli şəkildə qeyd olunduğunu bildirib. O həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət gənclər siyasətinə verdiyi önəm və gənclərə qayğısı nəticəsində bu sahədə xüsusi Dövlət Proqramının həyata keçirildiyini, bölgələrdə Gənclər Mərkəzlərinin yaradıldığını, gənclərin dünyaya inteqrasiya etməsinə, təhsilinə, sosial-ictimai fəaliyyətinə hər zaman xüsusi dəstək verildiyini vurğulayıb. Rektor gənclərə səslənərək dilimizi, tariximizi dərindən öyrənməyi, onu qorumağı tövsiyə edib. BANM-in SOCAR-ın strukturunda yaradıldığını xatırladan rektor artıq dünyada brendə çevrilən SOCAR-ın daim Azərbaycan gənclərinin inkişafına dəstək olduğunu, bu yöndə irimiqyaslı layihələr həyata keçirdiyini bildirib.

Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, millət vəkili, Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Elnur Allahverdiyev və SOCAR-ın mətbuat katibi Orxan Hüseynov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirildiyini, gənclərin dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunduğu vurğulayıblar. İstedadlı, vətənpərvər, yüksək bilik və bacarıqlı gənc nəslin yetişməsi, onların sosial rifahının yüksəldilməsinin ölkəmizdə gənclər siyasətinin prioritet istiqamətlərindən olduğu diqqətə çatdırılıb.

Tədbirdə, həmçinin Ulu Öndərin Azərbaycan gəncliyi qarşısında qoyduğu vəzifələrdən danışılıb, Prezident cənab İlham Əliyevin qətiyyətli və məqsədyönlü siyasəti nəticəsində yetişən gənc nəslin Vətən Müharibəsində ən böyük missiyanı uğurla həyata keçirdiyi bildirilib.

SOCAR-ın Bakı Ali Neft Məktəbinin tələbələri adından SOCAR könüllüsü, Tələbə Gənclər Təşkilatının sədri, Kimya mühəndisliyi ixtisasının 4-cü kurs tələbəsi Aysu Zamanova çıxışında SOCAR könüllüsü olmaqdan qürur duyduğunu bildirib. Kimya mühəndisliyi ixtisasının 2018-ci il məzunu, “SOCAR Downstream”də baş mühəndis vəzifəsində çalışan Heydər Nəcəfov məzunlar adından çıxış edərək uğurlarından bəhs edib.

Daha sonra Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Türkiyənin Sənaye və Texnologiya Nazirliyi və T3 Vəqfinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Teknofest” Aerokosmik və Texnologiya festivalında qalib komandaların üzvləri, eləcə də SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə həyata keçirilən “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonunda qalib gələn, həmçinin beynəlxalq və ölkə miqyaslı müsabiqə, yarışlarda qələbə qazanan, mükafatlara, diplomlara, sertifikatlara layiq görülən BANM tələbələri mükafatlandırılıblar. SOCAR-ın Bakı Ali Neft Məktəbinin 9 gənc əməkdaşı və müəllim heyəti də mükafatlarla təltif edilib.

Tədbir BANM və Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin musiqi nömrələri ilə davam etdirilib.

Paylaş

Xəbər lenti

Şahzadə Uilyam və Keyt Midltonun evinə girməyə cəhd – iki nəfər saxlanıldı Bu gün, 14:48 Kamçatka sahillərində 4,5 maqnitudalı zəlzələ oldu Bu gün, 14:48 Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşüb Bu gün, 14:48 Litva XİN rəhbəri: Bu gün "Sabah"-"Barselona" matçında olacağam Bu gün, 14:48 Azərbaycanda yeni mərkəz yaradılır - FƏRMAN Bu gün, 14:48 Tərbiyəçi-müəllimlərin işə qəbulu başlayır Bu gün, 14:48 İlham Əliyevdən ixracda hesablaşmalarla bağlı fərman Bu gün, 14:48 Hacıqabulda seldən zərər çəkmiş fermerə 3 min manata yaxın ödəniş edilib Bu gün, 14:48 Küləkli hava ilə bağlı hərəkət iştirakçılarına xəbərdarlıq Bu gün, 14:48 "Vətən daşı" sənədli filmi "Youtube"da təqdim edilib Bu gün, 14:48 100 milyon il əvvəl su üzərində yeriyən çəyirtkə növü aşkarlanıb Bu gün, 14:48 AYNA: Qusar-Bakı yolunda növbəti elektron tərəzi quraşdırılıb Bu gün, 13:48 Bakıda 23 məktəbə yeni direktor təyin edilib Bu gün, 13:48 Beyləqanın Təzəkənd yaşayış yerində qədim tikili qalıqları aşkarlanıb Bu gün, 13:48 400 tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfərə cinayət işi başlanıb Bu gün, 13:48 Bakıda qadın hamamda dəm qazından boğularaq ölüb Bu gün, 13:48 PAŞA Bank KOB-lar üçün yeni "Çevik Kredit" məhsulunu təqdim edir Bu gün, 13:48 Qvardiola İtaliya millisindən aldığı təkliflə bağlı ilk dəfə danışdı Bu gün, 13:48 Altsheymer xəstəliyinin inkişafını ləngidən yeni preparat hazırlanıb Bu gün, 13:48 13 yaşında satışa başladı, 16 yaşında az qala müflis oldu – milyarder uğur sirrini açıqladı Bu gün, 13:48 Azərbaycanla Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb Bu gün, 12:48 Bir turist Azərbaycanda nə qədər pul xərcləyir? - Məbləğ açıqlandı Bu gün, 12:48 Azərbaycan və Litva XİN başçıları arasında görüş başlayıb Bu gün, 12:48 Qubada kişi sevgilisinin adına kredit götürdü, qadınlar dalaşdılar - Təfərrüat Bu gün, 12:48 Bakıda 14, rayonlarda 18 dərəcə isti olacaq Bu gün, 12:48 Özbəkistan parlamentinin sədri Zəfər parkını ziyarət edib Bu gün, 12:48 Mərhum nazirin gəlini ilk dəfə qayınanası ilə görüntülərini paylaşdı Bu gün, 12:48 Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib Bu gün, 12:48 Bakıda şagirdlər arasında insident - DİN-dən açıqlama Bu gün, 12:48 2026-cı ilin ən gözəl qızı seçildi Bu gün, 12:48 Təhsildən praktikaya, icradan auditə Bu gün, 12:48 Naxçıvanda Vasif Talıbovun imzaladığı 47 fərman ləğv edilib Bu gün, 11:48 İmişli və Saatlının bəzi kəndlərində qaz kəsilib Bu gün, 11:48 "Azərsun Holdinq"in istehsalat müəssisələrində birgə infotur keçirilib Bu gün, 11:48 Rəhman Daşdəmirov: "Barselona"ya qarşı oynamaq hər futbolçunun arzusudur" Bu gün, 11:48 Milyon yarımlıq yanacaq hara gedib? - Hərbçilərlə birgə 15 nəfər ittiham edilir Bu gün, 11:48 Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın Bu gün, 11:48 "Qarabağ"da gözlənilməz ayrılıq baş verə bilər Bu gün, 11:48 Özbəkistan parlamentinin sədri Azərbaycana gəlib, "Yol xəritəsi" imzalanacaq Bu gün, 11:48 Gəncədə güclü külək ağacı aşırıb, evə və iki avtomobilə ziyan dəyib Bu gün, 10:48 Bu şəxslərə güzəştlər tətbiq olunacaq - Gələn il yanvarın 1-dən... Bu gün, 10:48 Azərbaycan Tibb Universitetində akademik Adilə Namazovanın 100 illiyi qeyd olunub Bu gün, 10:48 Bu gün 7 kənddə işıq kəsiləcək Bu gün, 10:48 Kəmaləddin Heydərovun Ağdamdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib Bu gün, 10:48 Bu rüsum 4 dəfəyə qədər azaldılır Bu gün, 10:48 Analiz vermək adı ilə xəstəxanada keçmiş həyat yoldaşını öldürən şəxsin işi Ali Məhkəmədə Bu gün, 10:48 Bəzi rayonlara qar yağır, külək güclənir - Faktiki hava Bu gün, 10:48 Ombudsman qadınlara qarşı zorakılığa son qoymağa çağırıb Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR