
Aparıcı Günel Qədimova uzun illərdir çalışdığı "Xəzər TV" ilə yollarını ayırıb.
BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkədə bildirib.
Aparıcı iş yerindən öz razılığı ilə ayrıldığını qeyd edib:
"Bu gün 15 ilə yaxındır bir parçası olduğum Xəzər TV-dən öz istəyimlə ayrıldım. Bura mənim üçün sadəcə iş yeri deyil, daha artığı oldu. Sözün əsl mənasında, burada yetişdim deyə bilərəm. "Xəzər Xəbər"in yeri isə məndə həmişə xüsusi qalacaq. Çox gözəl, qarışıq duyğularla iş yoldaşlarımdan ayrıldım. Keçmişə minnətdar, gələcəyə ümidliyəm".
Xatırladaq ki, Günel Qədimova uzun illərdir "Xəzər Xəbər"in aparıcısı olub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.