
UFC-nin sabiq çempionu Həbib Nurmaqomedov Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) görüntülənib.
BAKU.WS xəbər verir ki, idmançının görüntüləri Usman və Umar Nurmaqomedovun, eləcə də onların komanda üzvlərinin Əbu-Dabidə saxlanıldıqdan sonra azadlığa buraxılması ilə bağlı məlumatların yayıldığı vaxta təsadüf edib.
Fotodan görünür ki, Həbib Nurmaqomedov "Mercedes-Benz G-Class" markalı avtomobilin sükanı arxasındadır. O, gülümsəyərək əlini yuxarı qaldırır. Görüntüləri Səid İzaqahmayev sosial şəbəkə hesabının hekayə bölməsində paylaşıb.
Bundan əvvəl bir sıra mənbələr Həbib Nurmaqomedovun yaxın qohumları Usman və Umarın, həmçinin komandanın digər üzvlərinin azadlığa buraxılması üçün danışıqlar apardığını iddia etmişdi. Məlumatlarda keçmiş UFC çempionunun bu məqsədlə şəxsən şeyxlərlə görüşdüyü bildirilirdi.
Gürcüstanlı döyüşçü Merab Dvalişvili də idmançıların azadlığa buraxılması barədə məlumat yayıb.
Lakin baş verənlərin təfərrüatları, saxlanılan şəxslərin hamısının hazırkı statusu və azadlığa buraxılma ilə bağlı yayılan xəbərlər hələlik rəsmi şəkildə təsdiqlənməyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.