
Siyəzəndə avtomobil "KamAZ"la toqquşması nəticəsində bir nəfər ölüb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Ağayev Xanqulu Əlbaba oğlu idarə etdiyi "VAZ2107" markalı avtomobil ilə hərəkətdə olarkən Bayramov Mehrac Balaqardaş oğlunun idarə etdiyi "Kamaz" markalı yük avtomobili ilə toqquşub.
Nəticədə Ə. Ağayev xəsarətlərlə xəstəxanaya yerləşdirilsə də, orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.