Dünən, 18:48 107

Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) vətəndaşları "Azərpoçt" MMC-nin adından istifadə edilməklə həyata keçirilən yeni fişinq kampaniyası barədə xəbərdar edir.

AVESTA.AZ xəbər verir ki, əldə olunan məlumatlara əsasən, kiberdələduzlar xarici nömrələr vasitəsilə istifadəçilərə "Təcili Çatdırılma Problemi Bildirişi" başlıqlı saxta SMS mesajları göndərirlər. Mesajlarda poçt indeksinin qeyd edilməməsi səbəbindən "dəyərli əşya" kimi təqdim olunan bağlamanın çatdırılmasının mümkün olmadığı bildirilir və ünvan məlumatlarının müəyyən edilmiş tarix və saata qədər yenilənməsi tələb olunur.

İstifadəçilərə psixoloji təzyiq göstərmək məqsədilə mesajlarda əlavə xidmət haqlarının tutulacağı, bağlamanın 72 saat ərzində göndərənə qaytarılacağı və geri qaytarılma xərclərinin alıcının üzərinə düşəcəyi qeyd edilir.

Fişinq mesajlarında "çatdırılma ünvanını təsdiqləyin" adı altında "ASAN Pay" xidmətinin adına bənzədilmiş saxta keçidlərdən (məsələn, asanvpay[.]cyou) istifadə olunur. Eyni zamanda, bildirişin təsdiqlənməsi üçün istifadəçilərdən mesaja "1" cavabını göndərmək tələb edilir. Bu üsul istifadəçinin aktiv nömrədən istifadə etdiyini müəyyənləşdirmək və onu saxta keçidə yönləndirmək məqsədi daşıyır.

Saxta keçidə daxil olduqda istifadəçilərdən çatdırılma ünvanı, ad, soyad və mobil telefon nömrəsi kimi fərdi məlumatları təqdim etmək, növbəti mərhələdə isə guya çatdırılma xidmət haqqının ödənilməsi üçün bank kartı məlumatlarını daxil etmək tələb olunur. Nəticədə əldə edilən kart məlumatları vasitəsilə vətəndaşların bank hesablarındakı vəsaitlərin mənimsənilməsi riski yaranır.

MKA vətəndaşlara aşağıdakı təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edir:

"Azərpoçt" və digər rəsmi qurumların adından göndərilən bildirişlərin mənbəyini yoxlayın. Xarici ölkə kodlarına malik naməlum nömrələrdən göndərilən mesajlara şübhə ilə yanaşın.

SMS və ya messencerlər vasitəsilə göndərilən şübhəli keçidlərə daxil olmayın. Xüsusilə .cyou, .top, .xyz və digər şübhəli domenlərə diqqət yetirin.

Naməlum nömrələrdən gələn mesajlara "1", "Bəli" və ya digər təsdiq cavabları göndərməyin.

"Azərpoçt", "ASAN Pay" və digər xidmətlərin rəsmi veb-saytlarına daxil olarkən domen adlarının düzgünlüyünü yoxlayın.

Şübhəli veb-səhifələrdə şəxsi məlumatlarınızı, bank kartı rekvizitlərinizi (kart nömrəsi, bitmə tarixi, CVV/CVC kodu) və SMS vasitəsilə göndərilən birdəfəlik təsdiqləmə kodlarını daxil etməyin.

Bağlamaların statusunu yalnız "Azərpoçt"un rəsmi veb-saytı (azerpost.az), ödənişləri isə "ASAN Pay"in rəsmi platforması (asanpay.az) vasitəsilə yoxlayın və həyata keçirin.

Bank kartı məlumatlarınızı şübhəli səhifədə daxil etmisinizsə, dərhal bankınızla əlaqə saxlayaraq kartın bloklanmasını təmin edin və hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verin.

Paylaş

Xəbər lenti

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48 Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu Dünən, 22:48 Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir Dünən, 21:48 Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən... Dünən, 21:48 Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır? Dünən, 21:48 ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşdü Dünən, 21:48 Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər Dünən, 21:48 Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT Dünən, 20:48 Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq? Dünən, 20:48 "Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar? Dünən, 20:48 Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU Dünən, 20:48 Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı" Dünən, 20:48 Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir Dünən, 20:48 İranın Qeşm adasında silsilə partlayışlar baş verib Dünən, 19:48 Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb Dünən, 19:48 Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib Dünən, 19:48 Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var Dünən, 19:48 Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü Dünən, 19:48 Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər" Dünən, 19:48 "Azərpoçt"un adından fişinq hücumları var Dünən, 18:48 Xəstəxanaya yerləşdirilən müğənninin son vəziyyəti açıqlandı Dünən, 18:48 Ürək əməliyyatı olan aparıcı vəfat etdi Dünən, 18:48 Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur Dünən, 18:48 Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün killer tutdu Dünən, 18:48 Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb Dünən, 18:48 Ronaldonun "7" nömrəli forması ona verildi - 22 yaşlı futbolçunun inanılmaz hekayəsi Dünən, 18:48 Məzuniyyətlə bağlı qaydalar dəyişir Dünən, 17:48 Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ Dünən, 17:48 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır Dünən, 17:48 Qadınlar Leonardo DiKaprionun ad gününə avtobusla gəldilər Dünən, 17:48 "Avropa ilə yeni dialoq, azalan nikahlar və tarix dərslikləri" – "Aktual Gündəm"də müzakirə olundu Dünən, 17:48 Şor Əli - Göyçə mahalının unudulmayan Azərbaycan kəndi Dünən, 17:48 Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Dünən, 17:48 Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR