Dünən, 21:48 177

Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır?

Bakının Nəsimi rayonu, Salatın Əsgərova küçəsi, 207 ünvanında yerləşən fərdi yaşayış evlərinin bir qismi sökülüb. Ərazidə hələ də bir neçə ailə yaşayır. Sonuncu güclü külək zamanı böyük bir ağacın aşması isə ərazidəki bir neçə evə ziyan vurub, sakinləri çətin vəziyyətə salıb.

Baku TV-nin məlumatına görə, sakinlər ağacın aşmasına səbəb kimi ərazidə aparılan söküntü işlərini və qazıntılar zamanı torpağın boşaldılmasını göstərirlər.

Şikayətçi Nemət İsmayılovun sözlərinə görə, ağacın aşması nəticəsində qaz xətti qırılıb, evə ziyan dəyib. Hadisə zamanı valideynləri də evdə olublar. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları onları pəncərədən çıxarmağa məcbur qalıblar.

"Bəziləri ağacın aşmasını güclü küləklə əlaqələndirə bilər. Amma məncə, əsas səbəb ağacın dibində torpağın boşalmasıdır. Bu da ərazidə aparılan söküntü işləri ilə bağlı ola bilər. Torpaq qazılıb, ağacın kökləri boşalıb və ağac güclü küləyə tab gətirməyərək aşıb. Nəticədə qaz xətti tamamilə qırılıb, evin içərisinə də müəyyən ziyan dəyib.

Təxminən 100 ilin ağacıdır. Biz 40 ildir burada yaşayırıq, indiyədək niyə aşmırdı? Hesab edirəm ki, buna səbəb söküntü zamanı qazıntı işlərinin düzgün aparılmamasıdır".

Nemət İsmayılov ərazidə qalan səkkiz ailənin tikinti şirkəti ilə razılığa gələ bilmədiyini də bildirib. Onun sözlərinə görə, sakinlər əvvəlki qonşularına təklif olunan şərtlərlə razılaşmaq istəyirlər. Lakin şirkətin təklif etdiyi mənzil sahəsi ailələrin ehtiyaclarını qarşılamır.

"Burada səkkiz ailə qalıb. Əvvəl gedən qonşulara hansı təkliflər olunubsa, burada qalanlara da eyni şərtlər təklif edilməlidir. Mənim evim üçotaqlıdır. Orada altı nəfərlik ailə yaşayır. Şirkətin təklif etdiyi mənzil isə ailəmizin ehtiyaclarını qarşılamaya bilər. Altı nəfər necə iki otaqda yaşasın?!"

Tikinti şirkətinin nümayəndəsi isə ağacın aşmasını təbii fəlakət kimi qiymətləndirib. O bildirib ki, hadisənin səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılmalıdır. Şirkətin məsuliyyət daşıdığı hər hansı hal müəyyən edilərsə, dəymiş ziyanı qarşılamağa hazırdırlar.

"Mən bu şəxsi, bəlkə də, 15-20 dəfə qəbul etmişəm, 10 dəfə də şəxsən evinə getmişəm. Ona 119 kvadratmetr sahəsi olan mənzil təklif etmişik. Lakin o, bununla razılaşmır.

Məsələ ilə bağlı hüquqi qaydada məhkəməyə müraciət etmişik. Hansı qərar verilsə, biz də ona uyğun hərəkət edəcəyik. Əgər tərəflər arasında razılıq əldə olunsa, məhkəməyə müraciətimizi geri götürə bilərik", - deyə o əlavə edib.

Paylaş

Xəbər lenti

Evdə meyvə doğrayırdı, boğazından bıçaq xəsarəti aldı Bu gün, 00:48 Muxtar Babayev Efiopiyanın xarici işlər naziri ilə COP32-nin prioritetlərini müzakirə edib Bu gün, 00:48 Qardaşı tərəfindən qətlə yetirildiyi deyilən Gülarənin fotoları Bu gün, 00:48 Ailəsindən ayrılan kişinin başqa qadınla meyitinin tapılmasının yeni təfərrüatı Bu gün, 00:48 İsmayıllı-Lahıc yolunda uçqun olub: Hərəkət dayanıb Dünən, 23:49 Müzəffər İsayev vəfat etdi Dünən, 23:49 ABŞ Keşm adasına raket zərbəsi endirdi Dünən, 23:49 Kürdəmirdə ailənin evi əşyaları ilə birlikdə külə döndü: "30 ilin zəhməti 30 dəqiqəyə yox oldu" Dünən, 23:48 Rusiyada baş vermiş təyyarə qəzasının səbəbi məlum oldu Dünən, 23:48 Gürcüstandan maşın almaq istəyənlərin nəzərinə Dünən, 23:48 ABŞ Azərbaycana ərazilərin minalardan təmizlənməsində yardım göstərə bilər Dünən, 23:48 Ağır qəza baş verdi - Ölən və xəsarət alanlar var Dünən, 22:48 Uşağa qulluğa görə müavinət bu şəxslərə verilməyə bilər - Yeni qayda Dünən, 22:48 "İstək" MMC-də saxta köçürmələr və milyonluq pul iddiası: Şirkət daxilində nə baş verib? Dünən, 22:48 Elektromobillərin təkərləri niyə tez sıradan çıxır - Səbəb məlum oldu Dünən, 22:48 Bədbəxt hadisə nəticəsində ölən Elvinin fotosu Dünən, 22:48 Paytaxtda daha bir marşrut üzrə avtobuslar yenilənir Dünən, 21:48 Maaşını kartla alanların NƏZƏRİNƏ - 2027-ci il aprelin 1-dən... Dünən, 21:48 Qaz xətti qırıldı, evə ziyan dəydi: Ağacın aşmasında şirkət günahkardır? Dünən, 21:48 ABŞ-də benzin qiymətləri ən aşağı səviyyəyə düşdü Dünən, 21:48 Bakıda ucuz qiymətə maşınlar satışa çıxarılacaq - Qiymətlər Dünən, 21:48 Bakıda sakinlər su əvəzinə hava alır, sayğac isə pul hesablayır – ŞİKAYƏT Dünən, 20:48 Saatlıq əməkhaqqı gəlir: Kimlər daha yüksək maaş alacaq? Dünən, 20:48 "Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar? Dünən, 20:48 Bakıda sürücülər tıxacdan yayınmaq üçün səkiyə çıxırlar – QAYDA POZUNTUSU Dünən, 20:48 Türkan Şoray: "Yeşilçam yoxluqlar içində möcüzələr yaradırdı" Dünən, 20:48 Bakıda qadın qətlə yetirilib, ögey qardaşı şübhəli bilinir Dünən, 20:48 İranın Qeşm adasında silsilə partlayışlar baş verib Dünən, 19:48 Azərbaycanın U-21 millisi Omanın U-23 komandası üzərində qələbə qazanıb Dünən, 19:48 Almaniyanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib Dünən, 19:48 Rusiyada 13 nəfərin olduğu təyyarə yerə çırpıldı: Ölənlər var Dünən, 19:48 Qlobal kiberhücumun miqyası böyüyür: 178-dən çox şirkət zərər gördü Dünən, 19:48 Səyyad Aran "danışmaqxana" məsələsi barədə: "Sədrdir, irad da bildirər, replika da edər" Dünən, 19:48 "Azərpoçt"un adından fişinq hücumları var Dünən, 18:48 Xəstəxanaya yerləşdirilən müğənninin son vəziyyəti açıqlandı Dünən, 18:48 Ürək əməliyyatı olan aparıcı vəfat etdi Dünən, 18:48 Samir Şərifov: Azərbaycan və Aİ arasında son vaxtlar müsbət dinamika müşahidə olunur Dünən, 18:48 Gürcüstanda azərbaycanlı siyasətçi keçmiş arvadını öldürtmək üçün killer tutdu Dünən, 18:48 Bakıda bu il 47 şadlıq sarayında yoxlama keçirilib, 41-də nöqsanlar aşkarlanıb Dünən, 18:48 Ronaldonun "7" nömrəli forması ona verildi - 22 yaşlı futbolçunun inanılmaz hekayəsi Dünən, 18:48 Məzuniyyətlə bağlı qaydalar dəyişir Dünən, 17:48 Bakının yeni özəl premium məkanlarından biri: MİSRİ Dünən, 17:48 İslam Rzayev və Azad Balayevin məhkəməsi başlayır Dünən, 17:48 Qadınlar Leonardo DiKaprionun ad gününə avtobusla gəldilər Dünən, 17:48 "Avropa ilə yeni dialoq, azalan nikahlar və tarix dərslikləri" – "Aktual Gündəm"də müzakirə olundu Dünən, 17:48 Şor Əli - Göyçə mahalının unudulmayan Azərbaycan kəndi Dünən, 17:48 Prezident İlham Əliyev Almaniyanın xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib Dünən, 17:48 Bakcell gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR