
İsmayıllı-Lahıc avtomobil yolunda qaya uçqunu baş verib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, yolun dağlıq ərazidən keçən hissəsində iri qaya parçaları qoparaq magistrala tökülüb. Nəticədə hər iki istiqamətdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Yolun qaya parçaları və daşlardan təmizlənməsi üçün əraziyə səhər saatlarında ağır texnika cəlb olunub.
Hazırda yolun yenidən istifadəyə verilməsi məqsədilə təmizləmə və bərpa işləri aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.