
Samux rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
AVESTA.AZ Oxu.Az-a istinadən xəbər verir ki, hadisə rayonun Kür yolu adlanan ərazisində qeydə alınıb.
Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində bir nəfər ölüb, daha iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Xəsarət alanlar xəstəxanaya çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.