
Məşhur aktyor Tarık Papuççuoğlu mirasını övladlarına bağışlayıb.
AVESTA.AZ xəbər verir ki, o bu barədə özü açıqlama verib.
Aktyor qeyd edib ki, övladlarının onu qocalara evinə yerləşdirdiyi ilə bağlı şayiələr gəzir.
Lakin bu həqiqəti əks etdirmir. Tarık Papuççuoğlu bütün mirasını övladlarına bağışlayaraq çalışdıöı şirkətin qonaq evindən qaldığını vurğulayıb:
"Bodrumda işlədiyim şirkətin qonaq evində qalıram. Buradakı həyatım tamamilə öz seçimimdir. Övladlarımla birlikdə yaşamaq istəmirdim. Uşaqlarımın məni qocalar evində qoyub getdiyi barədə şayiələr var, amma bu doğru deyil. Mirasımı övladlarım arasında böldüm. Atam da eyni şeyi etdi. Çünki bu miras dəhşətli bir şeydir. Hazırda heç bir əmlakım yoxdur. Əvvəllər malikanələrim və yaxtalarım var idi. Təsəvvür edə biləcəyiniz hər şeyi yaşamışam. İndi həyatımın daha sakit bir dövründəyəm".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.