Bu gün, 14:48 42

Uçuşlar dayandı, banklar və kəşfiyyat sistemi çökdü - ABŞ-dəki rəqəmsal böhranın səbəbi açıqlandı

ABŞ-də günlərdir davam edən ardıcıl texniki nasazlıqlar ölkənin ən kritik infrastruktur sahələrini iflic edərək genişmiqyaslı böhrana çevrilib.

BAKU.WS xəbər verir ki, hava nəqliyyatına nəzarət sistemlərindəki problemlər səbəbindən minlərlə aviareys ləğv edilib, milyonlarla sərnişin səyahət planlarını dəyişməyə məcbur qalıb.

"Microsoft" xidmətlərində başlayan kəsintiləri bank əməliyyatlarındakı fasilələr, aviaşirkətlərin sistem xətaları və kəşfiyyat qurumlarındakı texniki aksamalar izləyib.

Vaşinqtonda təhlükəsizlik müzakirələrini alovlandıran hadisələrdən sonra ABŞ Konqresi rəsmi şəxslərdən izahat tələb edib.

Texnologiya böhranının ilk böyük dalğası 12 noyabrda "Microsoft 365" xidmətlərində qeydə alınıb.

Başda "Outlook" və "Exchange Online" olmaqla korporativ rabitə platformalarında yaranan problemlər minlərlə şirkətin işini axsadıb.

Təxminən 24 saat davam edən fasilə qlobal qurumların vahid rəqəmsal infrastrukturdan nə dərəcədə asılı olduğunu bir daha göstərib.

Bunun ardınca, 13 noyabrda ABŞ aviasiya tarixinin ən ağır nasazlıqlarından biri yaşanıb. Federal Aviasiya Administrasiyasının (FAA) hava nəqliyyatına nəzarət sistemlərindəki rabitə və radar xətaları səbəbindən ölkə üzrə bütün uçuşların dayandırılmasına qərar verilib

4 saat 45 dəqiqə ərzində yeni reyslərin havaya qalxmasına icazə verilmədi, havada olan 3500-ə yaxın təyyarə isə təhlükəsiz şəkildə yerə endirilib.

FAA-nın məlumatına görə, həmin gün təxminən 12 462 reys ləğv olunub.

Uçuşların dayandırılması Nyu-York, Los-Anceles, Çikaqo, Dallas və Vaşinqton başda olmaqla ölkənin ən böyük hava limanlarında uzun növbələr yaradıb.

İlkin mərhələdə 1,5 milyondan çox sərnişinin planları pozulub, yüzlərlə insan gecəni terminal döşəmələrində, ədyallara bürünərək keçirməli olub.

"Flightradar24" platformasının statistikasına əsasən, normal vaxtlarda ABŞ səmasında eyni anda 3600-dən çox təyyarə olduğu halda, qadağa müddətində bu rəqəm 336-ya qədər enib. Böhran Avropa, Kanada və Meksika istiqamətli beynəlxalq uçuşlara da ciddi təsir göstərib.

FAA-nın apardığı texniki araşdırmalar nəticəsində bəlli olub ki, böhrana hava nəqliyyatına nəzarət mərkəzlərini birləşdirən köhnə rabitə infrastrukturundakı qeyri-sabitlik səbəb olub.

Sistemin bəzi bölmələrinə hər 4-5 saniyədə təxminən min qoşulma sorğusunun daxil olması şəbəkəni həddindən artıq yükləyib.

Problemin Texas ştatının Amarillo şəhərindəki radar obyekti və Arkanzasdakı "El Dorado" rabitə mərkəzində yeni yönləndirici (router) cihazların quraşdırılması zamanı yarandığı ehtimal edilir.

ABŞ nəqliyyat naziri Şon Daffi köhnəlmiş sistemlər yenilənməzsə, gələcəkdə daha ağır halların baş verə biləcəyi barədə xəbərdarlıq edib. Kəsintilər təkcə aviasiya ilə məhdudlaşmayıb.

"Apple" şirkətinin "App Store", "Apple Music", "AppleCare" və bəzi "iCloud" xidmətlərinə giriş məhdudlaşıb. Ən diqqətçəkən hadisə isə ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) daxili rabitə şəbəkəsində baş verən kəsinti olub. Kəşfiyyat qurumunun sistemindəki nasazlıq Vaşinqtonda ciddi təhlükəsizlik narahatlığı doğurub.

Ardıcıl böhranlardan sonra 18 noyabrda ABŞ Nümayəndələr Palatasının Daxili Təhlükəsizlik Komitəsində təcili iclas keçirilib.

FTB rəsmisi Kristofer Raya və Milli Kəşfiyyat direktoru Cey Kleyton da zərərli kiberfəaliyyətə dair heç bir dəlil tapılmadığını, problemlərin daxili texniki yenilənmələr və profilaktik işlərlə bağlı olduğunu bildiriblər.

Buna baxmayaraq, demokrat konqresmen Den Qoldman kəşfiyyat rəhbərliyinin cavablarını qeyri-müəyyən adlandıraraq tənqid edib.

Mütəxəssislər hesab edirlər ki, süni intellekt alətlərinin proqram təminatlarındakı təhlükəsizlik boşluqlarını sürətlə aşkarlaması texnologiya şirkətlərini daha tez-tez yeniləmələr etməyə məcbur edir.

Bu tələsik yeniləmələr isə bəzən gözlənilməz sistem xətalarına yol açır.

Paylaş

Xəbər lenti

Uçuşlar dayandı, banklar və kəşfiyyat sistemi çökdü - ABŞ-dəki rəqəmsal böhranın səbəbi açıqlandı Bu gün, 14:48 Azərbaycanda 9 ayda 3,2 milyard manatlıq elektron satınalma təsdiqlənib Bu gün, 14:48 Cennifer Lopez 57 yaşında özünü həqiqətən azad hiss edir Bu gün, 14:48 Şahzadə Uilyam hindistanəsilli olduğu ortaya çıxdı Bu gün, 14:48 ABŞ, Çin və Rusiya liderlərinin üçtərəfli görüşü başa çatıb Bu gün, 14:48 İspaniyadan Azərbaycana gətirilən şokoladlı meyvələrdə təhlükəli uyğunsuzluq aşkarlanıb Bu gün, 14:48 Biləcəridə iri ağac aşdı - Yol bağlandı Bu gün, 14:48 Prokuror keçmiş vəkilə ağır cəza istəyib Bu gün, 14:48 Məşhur aktyor bu səbəbdən işlədiyi şirkətin qonaq evində qalır Bu gün, 14:48 Marsda kartof çipsinə bənzəyən sirli kristal strukturlar aşkarlandı Bu gün, 14:48 "Atam qucağımda öldü" deyən Elcan Rəsulov göz yaşlarına boğuldu Bu gün, 14:48 Qərbi Azərbaycan İcması ABŞ Konqresindəki dinləmələrə etiraz etdi Bu gün, 14:48 2027-ci ildən dövlət qurumlarına qəbul belə olacaq Bu gün, 13:48 İran: Hörmüz boğazında 3 neft tankeri minaya düşüb Bu gün, 13:48 Putin: Rusiya, ABŞ və Çin regional münaqişələrin həllində ortaq maraqlara malikdir Bu gün, 13:48 Tramp: Putinlə Ukraynadakı münaqişənin başa çatmasını istəyirik Bu gün, 13:48 Ürək sağlamlığını qoruyan qidaların adları açıqlanıb Bu gün, 13:48 30 ildir sevgili olsalar da, ayrı evlərdə yaşayırlar Bu gün, 13:48 Prezident İlham Əliyev Vyetnam Xəbər Agentliyinə müsahibə verib Bu gün, 13:48 Prezident İlham Əliyev: Azərbaycan Vətən müharibəsi dövründə möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır Bu gün, 13:48 Prezident: Azərbaycan-Vyetnam iqtisadi-ticari əlaqələri ardıcıl şəkildə inkişaf edir Bu gün, 13:48 Prezident İlham Əliyev: Vyetnam biznesinin Azərbaycan iqtisadiyyatında iştirakı münasibətlərin mühüm tərkib hissəsidir Bu gün, 13:48 Azərbaycan Prezidenti: Heydər Əliyev Fondu Vyetnamla humanitar münasibətlərin dərinləşməsinə fəal surətdə kömək edir Bu gün, 13:48 Prezident İlham Əliyev: Bu gün Azərbaycan Cənubi Qafqazda əsas logistika və energetika habıdır Bu gün, 13:48 Hikmət Hacıyev: Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözləyirik Bu gün, 12:48 ASCO-nun "Xocalı" gəmisi Çində texniki yoxlamadan keçdi, sertifikatları yeniləndi Bu gün, 12:48 Xəzərdə suyun geri çəkilməsi bəzi hallarda 800 metrə çatır Bu gün, 12:48 Bakının sahilboyu əraziləri ilə bağlı YENİ QƏRAR: Zonalar ictimaiyyətə açıq olacaq Bu gün, 12:48 Azərbaycan Xəzərin sahilboyu ərazilərinin idarə olunması ilə bağlı xarici təcrübəni öyrənir Bu gün, 12:48 Qurban Qurbanovdan onun rekordunu qıran Emin Mahmudovla bağlı açıqlama Bu gün, 12:48 Yusuf Güneyin 10 ilə qədər həbs olunması tələb edilir Bu gün, 12:48 Tramp, Si Cinpin və Putinin üçtərəfli görüşü başlayıb Bu gün, 12:48 Bakıda qış hazırlığı başladı - Bu rayonlarda qarla mübarizə üçün tapşırıqlar verildi Bu gün, 11:48 Rəhimdən danışan şairə: "Xərçəng olduğuna inana bilmirdi, həkimə getmək istəmirdi" Bu gün, 11:48 DTX rəsmisi: Azərbaycanın informasiya resursları kiberhücumlara məruz qalıb Bu gün, 11:48 Alen Simonyan Azərbaycana səfər edəcək Bu gün, 11:48 Tramp və Si Cinpin arasında görüş başa çatıb Bu gün, 11:48 BDU-ya rektor təyin edilən Məleykə Abbaszadənin DOSYESİ Bu gün, 11:48 Pensiya alanlara ŞAD XƏBƏR! Bu tarixdə ÖDƏNİLƏCƏK Bu gün, 11:48 Nərman Qocatürkün meyiti tapıldı Bu gün, 11:48 Azərbaycanda şagirdlərin sayı 20 mindən çox azalıb Bu gün, 11:48 Şöbə müdiri: "Xəzərin sahilində 3 227 qanunsuz tikili aşkarlanıb" Bu gün, 11:48 "Yaprak Dökümü"nün qaynana və gəlini 20 il sonra bir arada Bu gün, 11:48 Məleykə Abbaszadə BDU-nun ilk qadın rektoru oldu Bu gün, 11:48 Dəhşətli qəzada ölənlər tanınmış aşığın oğlu və nəvələri imiş Bu gün, 10:48 Bakıda ilk dəfə avtobuslar üçün ayrıca svetofor quraşdırılacaq Bu gün, 10:48 Vredestein də Azərbaycanda Radius-u seçdi! Bu gün, 10:48 Si Cinpin və Tramp Şençjendə görüşüblər Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR