
Şençjendə ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən üçtərəfli görüş yekunlaşıb.
AVESTA.AZ xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Bildirilib ki, üç liderin iştirakı ilə keçirilən danışıqlar təxminən 1 saat 30 dəqiqə davam edib.
***12:40
ABŞ Prezidenti Donald Tramp, Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putin arasında tarixi üçtərəfli danışıqlar başlayıb.
AVESTA.AZ CNN-ə istinadən xəbər verir ki, dünyanın nüvə silahına malik üç aparıcı dövlətinin liderləri ilk dəfə bu formatda bir araya gəliblər.
Qeyd edək ki, Tramp üçtərəfli danışıqlardan əvvəl Si Cinpin və Vladimir Putinlə ayrı-ayrılıqda görüşüb. O, Çin lideri ilə münasibətlərini yüksək qiymətləndirərək, iki ölkə arasındakı əlaqələrin xalqların maraqlarına xidmət etdiyini bildirib. Putinlə münasibətindən danışarkən isə onu dostu adlandırıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.