
Martın 6-sı, saat 16:00-da “AzeSteelCompany” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“AVESTA.AZ” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Tiblisi prospekti, 3007-ci məhəllə, 44C ünvanında olacaq.
Yığıncağın gündəliyinə şirkətin əlavə səhm buraxılışı ilə nizamnamə kapitalının artırılması, istiqraz buraxılışı, maliyyə hesabatlarının təsdiq edilməsi, idarə heyətinin üzvlərinin dəyişdirilməsi və yenidən seçilməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, “AzeSteelCompany” 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 8,355 milyon manatdır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.