
Şimali Kipr Türk Respublikasında (ŞKTR) 28 nəfərin ölümü ilə nəticələnən "Filo Jet" gəmi faciəsi ilə bağlı yeni detallar üzə çıxıb.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, avqustun 30-da Girnə sahillərində qəzaya uğrayan gəminin 14 manatlıq alınmış suya davamlı yapışqanla təmir edildiyi məlum olub.
Məhkəmədə ifadə verən polis müfəttişi Mehmet Mannaş bildirib ki, səfərlərin dayandırılmaması üçün gəminin təmirində yararsız materiallardan istifadə olunub. Gəmi təmirdən sonra 79 dəfə səfərə çıxıb.
Faciə ilə bağlı saxlanılan doqquz nəfər, o cümlədən iki Azərbaycan vətəndaşı qəsdən adam öldürmək ittihamı ilə mühakimə olunacaq.
Polis təqsirləndirilən şəxslər barəsində üç aylıq həbs qərarının çıxarılmasını tələb edib. Məhkəmə prosesi davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.