
Azərbaycan COP31-in mükəmməl təşkilatçılığına görə Türkiyəni təbrik edib.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyev "X" sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib.
"COP31-in mükəmməl təşkilinə görə qardaş Türkiyəni təbrik edirik. Müstəsna qonaqpərvərlik və diqqətəlayiq liderlik üçün dərin minnətdarlığımızı bildiririk", - Y. Rəfiyev qeyd edib.
COP29-un baş danışıqçısı vurğulayıb ki, iqlim danışıqlarının mürəkkəb xarakterinə görə konsensusun əldə edilməsi həmişə mümkün olmaya bilər, lakin ona nail olmaq əzmi ən yüksək hörmətə layiqdir.
"COP32-yə gələcək sədrliyi öz üzərinə götürəcək Efiopiya ilə sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik", - nazir müavini bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.