
Hörmüz boğazında üç ticarət gəmisi hücuma məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Xidməti məlumat yayıb.
Hadisə boğazın şərq hissəsində qeydə alınıb. Gəmilərin hansı ölkənin bayrağı altında üzdüyü və daşıdıqları yük açıqlanmayıb.
Hər üç gəmi hərəkətini davam etdirib, heyət üzvləri xəsarət almayıb.
Qeyd edək ki, ABŞ və İran arasında davam edən gərginlik səbəbindən Hörmüz boğazında ticarət gəmiçiliyi demək olar ki, iflic vəziyyətə düşüb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.