9-02-2023, 01:47 534

Qərbi Azərbaycan Xronikası:

Bu gün Baku Tv-nin efirində Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində “Həyat hekayəsi” verilişi efirə gedib.

"Report" xəbər verir ki, bugünkü veriliş Qərbi Azərbaycandan qaçqın düşmüş jurnalist Əsgər İbrahimovun həyat hekayəsinə həsr olunub.

O, 1972-ci il sentyabrın 20-də Göyçə mahalının Ardanış kəndində dünyaya göz açıb. 1988-ci il noyabrın 5-də məcburiyyət qarşısında doğulub boya-başa çatdığı kəndi tərk edib, deportasiyaya məruz qalıb.

Bu gün jurnalist kimi fəaliyyət gösrtərən Ə.İbrahimov qədim oğuz-türk yurdu olan Qərbi Azərbaycandan söz açıb, strateji, zəngin təbiəti olan Göyçə ilə bağlı xatirələrini bölüşüb, uşaqlıq illərindən, kəndi tərk etməsindən, ermənilərin törətdiyi faciələrdən, ailəsinin deportasiyaya məruz qalaraq pərən-pərən düşməsindən danışıb, erməni terroruna məruz qalan şəcərəsindən söhbət açıb.

Ermənilər oraya sonradan gəliblər

Hamı bilir ki, ermənilər ora köçmədir. Bunu bütün faktlar, tarixçilər, erməni mənbələri çox aydın göstərir ki, ermənilər orada yaşamayıblar. O zaman kənddən avtomobillər, maşınlar rayona gedirdi, şüşəsini sındırırdılar. İrəvan şəhərinə gedənlər üçün çox çətin idi. Şəhərə yaxın olan Zəngibasar zonası azərbaycanlılardan ibarət olduğu üçün onlara daha böyük zülm verilib. Hətta onları enli, həcmi böyük olan borulara doldurub, iki tərəfini qaynaq edib yandırmışdılar. Belə faciələr baş vermişdi.

Mən 1988-ci ildə 10-cu sinifdə oxuyurdum. Həmin il noyabrın 5-də bacımın yoldaşı məni Şəmkirə, Yeni kəndə apardı. Atam evin sonbeşiyi rəhmətlik şəhid jurnalist Məhərrəm və ondan böyük qardaşım Ələsgəri Gədəbəyə əmimin yanına göndərdi. Böyük qardaşım Əkbər Saxalində hərbi xidməttə idi, heç bir məlumat yox idi. Bacılarımın biri Bakıda, biri o rayonda, biri bu rayonda, biri də İrəvanda mühasibatlıq texnikumunda oxuyurdu. Onu da Xırdalana bacımın yanına göndərdilər. Ailəmiz pərən-pərən düşdü. Təsəvvür edin, ata-ana orda qalıb, biz hərəmiz bir yerdə, bir-birimizdən heç bir məlumat yoxdur.

O zaman yollarda bizi çox incitdilər, çox çətinliklə gəldik. Yolboyu yeznə göstərirdi ki, bax görürsənmi ermənilər maşını necə vurub, yandırıblar. Mən o mənzərəni görmüşəm. Nəhayət, biz 1989-cu ildə Bakıda bir yerə yığışa bildik. Böyük qardaşımız da əsgərlikdən gəldi.

Novruz bayramı bizim zonadakı kimi heç bir yerdə möhtəşəm keçirilmirdi

Dağın döşündə göyəm deyilən kol bitirdi. Biz o kolları elə yandırırdıq ki, Novruz bayramınız mübarək olsun! Aydın şəkildə oxunurdu. Bu mənzərə Göyçə gölünün o üzündən, Kəvərdən (indiki Kamo) aydın görünürdü, erməniləri dəhşət bürüyurdü.

Bu saz mənim genetik kodumdur. Bizim toplumun, Qərbi Azərbaycanın əksər mahallarının genetik kodu budur. Həmişə uşaqlarıma da bunu öyrədirəm. Çox maraq göstərirlər, ifa etmək istəyirlər.

Heç vaxt pessimist olmadım

Kəndimiz, evimiz, otaqlarımız, həyətimiz, məhəllələr, yollar, izlər, bulaqlar, kəndin sakinləri hamısı gözümün qabağındadır. Ana babam İsmayıl kişi 1918-20-ci illərdə daşnaklara qarşı mübarizədə xalq qəhrəmanı Məşədi Hümbət kişinin silahdaşı olub. Ata babam Məhərrəm 1942-ci il sentyabrın 3-də Böyük Vətən müharibəsində qəhrəmancasına, rəşadət göstərərək Xarkov şəhərində həlak olub. Qardaşım Ələsgər 1-ci Qarabağ savaşında əlil olub, kiçik qardaşım Məhərrəm 2-ci Qarabağ savaşında jurnalist kimi peşə fəaliyyətini yerinə yetirərkən erməni terrorunun qurbanı olub, şəhidliyə ucalıb. İtkilərim çoxdur, bunu unuda bilmərəm. Amma pessimizmə də qapılmıram.

Prezidenti Göyçədə Novruz tonqalına dəvət edəcəyik

Millətin rəhbəri olanda, rəhbər millətini, xalqını sevəndə istənilən hədəfə nail olmaq mümkündür. Bunu tam əminliklə deyirəm. Bu gün Azərbaycan rəhbərinin strategiyası bəllidir. Mən indi hörmətli İlham Əliyevə, cənab Prezidentə necə təşəkkür etməyim ki, həsrətində olduğum Vətəni qarşıya hədəf qoyub. Bu hədəf üçün cənab Prezidentə gücümüz daxilində kömək etməliyəm, yerimi-yurdumu danışmalıyam, göstərməliyəm, xatırlatmalıyam, deməliyəm. Biz toplum olaraq ona dəstək olacağıq.

Hörmətli Prezident İlham Əliyev sərkərdə adını zatən 2-ci Qarabağ savaşında qazandı. İnşallah, onun Qərbi Azərbaycan uğrunda nailiyyətindən sonra sərkərdəmizi Göyçədə Novruz tonqalına dəvət edəcəyik. Bu, ən böyük arzumdur.

Paylaş

Xəbər lenti

DMX-dən Azərbaycana gələn Rusiya vətəndaşlarına XƏBƏRDARLIQ Bu gün, 10:48 Ağsuda 7 yaşlı uşağın üzərinə ağac düşməsi nəticəsində ölüb Bu gün, 10:48 AAYDA: Hacıqabul–Mincivan yolunda icazəsiz giriş-çıxış yolu təşkil edilib Bu gün, 10:48 Azərbaycanda yükdaşımalarla bağlı yeni maliyyə sanksiyası və vergi-gömrük güzəştləri müəyyənləşir Bu gün, 10:48 Səngəçalda yük avtomobillərin iştirakı ilə qəza olub, ölən var Bu gün, 10:48 Bu kəndlərdə modul tipli məktəb binaları quraşdırılacaq - 1,5 milyonluq LAYİHƏ Bu gün, 10:48 Fira Cəlilovanın evində cinayətkarı gizlədən şəxsi hansı cəza gözləyir? Bu gün, 10:48 Azərbaycanla Ermənistan arasında "Sülh körpüsü" çərçivəsində yaradılan komitələrdə müzakirələr keçirilib Bu gün, 10:48 "Beşiktaş" - "Hapoel" matçından sonra Gürcüstanda 16 nəfər SAXLANILDI Bu gün, 09:48 İraqda neft qaçaqmalçılığı ilə bağlı araşdırmalar: Yüksək vəzifəli şəxslər vəzifəsini itirəcək Bu gün, 09:48 Azərbaycanlı aktyor pilləkəndən belə yıxıldı - ANBAAN GÖRÜNTÜ Bu gün, 09:48 İbrahim Borçalının qızının nişanından GÖRÜNTÜLƏR Bu gün, 09:48 Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək Bu gün, 09:48 Həmin şəxs Fira Cəlilovanın qohumu deyil - DETALLAR Bu gün, 09:48 Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb Bu gün, 08:48 İstintaqdan yayınan şəxs aparıcı Firuzə Cəlilovanın evində ələ keçdi Bu gün, 08:48 Bakıda başıaşağı duran yol nişanı sakinləri çaşbaş salıb Bu gün, 08:48 Milli Qəhrəman Pəncəli Teymurovun qardaşı Lənkəranda vəzifəyə təyin olundu Bu gün, 08:48 62 silahdaşını mühasirədən xilas edən şəhid Kamran Qasımov Bu gün, 08:48 Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR