30-10-2022, 12:38 662

Şəhid jurnalistlərin xatirəsinə keçirilən turnirdə finalçılar bəlli olub

Şəhid jurnalist Məhərrəm İbrahimov və Sirac Abışovun xatirəsinə həvəskar komandalardan ibarət Ənənəvi Futbol Turnirində yarımfinal oyunları keçirilib.

"Report" xəbər verir ki, ilk olaraq A qrupunun lideri “Ardanış” ilə B qrupunun 2-cisi “Novoivanovka” üz-üzə gəlib. Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında 5:4 hesablı qələbə qazanan "Novoivanovka" ilk finalçı olub.

Bu görüşdən sonra B qrupunun birincisi “Ada Təpə” A qrupunun ikincisi “Göyçə” ilə qarşılaşıb. Bu matçın da əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 13:12 hesabı ilə rəqibindən üstün olan "Göyçə" adını finala yazdırıb.

Noyabrın 6-da final qarşılaşmasında "Novoivanovka" və "Göyçə", üçüncü yer uğrunda görüşdə isə "Ardanış" "Ada Təpə" ilə üz-üzə gələcək.

Turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, Məhərrəm və Siracın timsalında şəhid olan igidlərin öz peşələrindən əlavə, idmana olan marağını gənclərə aşılamaq, yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.

Xatirə turnirində qalib komandalara, eləcə də “ən yaxşı futbolçu”, “ən çox qol vuran”, “ən yaxşı qapıçı" və “ən gənc oyunçu” nominasiyaları üçün mükafat, kubok, medal və hədiyyələr nəzərdə tutulub.

İştirakçılar arasında 44 günlük Vətən müharibəsi zamanı ön cəbhələrdən şəhid həmkarları kimi operativ xəbərlər, reportajlar hazırlayan jurnalistlər də var. Şəhid jurnalist Məhərrəm İbrahimovun qardaşı Əsgər İbrahimov "Ardanış", Sirac Abışovun qardaşı Şirzad Abışov isə “Media” komandasında çıxış edir.

“Sultan keramik” və “Bee Tours”un sponsorluğu, “Mister Tum”un tərəfdaşlığı ilə keçiriləcək Ənənəvi Xatirə Turnirinə informasiya dəstəyini "Report" İnformasiya Agentliyi və Rakurs.az saytı verir.

Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin, Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılmış yaşayış məntəqələrinin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşüb. Nəticədə Azərtac İnformasiya Agentliyinin əməkdaşı 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu), Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu xidməti vəzifələrini yerinə yetirərkən həlak olub, dörd nəfər yaralanıb.

Prezident İlham Əliyev iyunun 14-də işğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlunu "3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.

Paylaş

Xəbər lenti

"Gürcü Arzusu": Kürmük məbədi ətrafındakı spekulyasiyalara son qoyulacaq Bu gün, 14:48 Xankəndidə Zəfər parkına yürüş olub Bu gün, 14:48 "Formula 1" yarışı ilə əlaqədar küçələrdə nəqliyyatın hərəkəti bərpa olunub Bu gün, 14:48 Mahir Məmmədov üçüncü dəfə FIDE-nin vitse-prezidenti seçilib Bu gün, 13:48 Kobaxidze: Gürcüstan ABŞ ilə strateji tərəfdaşlığı yenidən qurmaq istəyir Bu gün, 13:48 Şəhid atası: "Anaların gözləri yaşlı qalmasın deyə zabitlərimiz həmin gün əsgərlərini də qorudular" Bu gün, 13:48 Tahir Budaqov: YAP qurultayına hazırlıq işləri davam etdirilir Bu gün, 13:48 Müctəba Xamenei xəstəxananın dağıntıları altından xilas edilibmiş - ŞOK İDDİA Bu gün, 13:48 Prezidentin sosial media hesablarında Zəfər parkını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 12:48 Azərbaycanda şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib Bu gün, 12:48 Aydın Nəcəfov: "Şəhidlərimiz arzularına çatdılar, torpaqlarımız işğaldan azad edildi" Bu gün, 12:48 Şəhid anası: "Oğlumu itirsəm də, ruhu əbədi mənimlə qalacaq" Bu gün, 11:48 ABŞ və Çin 30 milyard dollarlıq tariflərin qarşılıqlı azaldılmasına razılaşdı Bu gün, 11:48 Xocalıda Anım Günü ilə bağlı Şəhidlər xiyabanı ziyarət olunub Bu gün, 11:48 Salyanda AĞIR QƏZA: Beş nəfər xəsarət aldı Bu gün, 11:48 Los-Ancelesdə Vətən müharibəsi şəhidləri anılıb Bu gün, 10:48 Tovuzda avtomobil iki gənc qızı vurub Bu gün, 10:48 "Euronews": Bakıda "Formula-1", beynəlxalq təhlükəsizlik və rekord investisiyalar həftəsi Bu gün, 10:48 İlham Əliyev və Mehriban Əliyeva Anım Günü ilə əlaqədar Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar Bu gün, 10:48 "Euronews" telekanalı 27 Sentyabr – Anım Günü ilə bağlı məqalə dərc edib Bu gün, 09:48 Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb Bu gün, 09:48 Tokayev 14 hərbçinin ölümündən sonra müdafiə nazirini vəzifədən çıxardı Bu gün, 09:48 UEFA Millətlər Liqası: Azərbaycan yığması Litva millisi ilə qarşılaşacaq Bu gün, 09:48 Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb Bu gün, 09:48 Dünya mediası Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunu geniş işıqlandırıb Bu gün, 00:48 Ceyhun Bayramov Nyu-Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb Bu gün, 00:48 İlham Əliyevin sosial şəbəkə hesablarında Anım Günü ilə əlaqədar paylaşım edilib Bu gün, 00:48 Naxçıvanda kişi arvadını və baldızını bıçaqlayıb Dünən, 23:48 Bakının bu qəsəbəsi YENİLƏNİR: Göl ətrafında bulvar salınır Dünən, 23:48 Abşeronda avtomobil siqnalına görə qonşuların mübahisəsi ölümlə nəticələnib Dünən, 23:48 Pezeşkian Trampla görüşün faydalı olacağına inanmır Dünən, 23:48 Ağsu aşırımında TƏHLÜKƏ: Torpaq sürüşməsi riski yenidən artdı Dünən, 23:48 Bakda daha bir şəhidimizin xatirəsi anılıb Dünən, 22:48 Azərbaycanlı akrobatlar dünya çempionu oldular Dünən, 22:48 100 manata sevgilinizin mesajlarını oxuyurlar? - Haker xidmətinin PƏRDƏARXASI Dünən, 22:48 Türkiyə İran və ABŞ arasında danışıqların bərpası istiqamətində səyləri alqışlayıb Dünən, 22:48 Azərbaycanın Yaponiyadakı səfirliyində şəhidlərin xatirəsi ehtiramla anılıb Dünən, 21:48 Sarayevoda Vətən müharibəsi şəhidləri anılıb Dünən, 21:48 Rassellin Bakıdakı qələbəsi "Formula 1" tarixində ən yaxın finişlərdən biridir Dünən, 21:48 Kondisionerə görə əcnəbi müştəridən əlavə pul istəyən sürücü HƏBS OLUNDU Dünən, 21:48 Ağcabədidə dəhşətli hadisə - İki qardaş öldü Dünən, 20:48 Prezidentin sosial media hesablarında "Formula 1"ə dair videoçarx paylaşılıb Dünən, 20:48 İsak Hacar: Bakıdakı podiumdan çox məmnunam Dünən, 20:48 Politoloq: Laçın sərhəd-buraxılış məntəqəsinin yaradılması sərhədlərimizə nəzarəti təmin etdi Dünən, 20:48 Deputat qarpızsatanla bağlı insidentdən danışdı: "Bıçağı çənəmin altında saxladı" Dünən, 19:48 Emin Ağalarov: "Bu gün Bakıda dünyanın ən böyük investisiya fondları toplaşıb" Dünən, 19:48 Bəzi rayonlara dolu düşəcək, sulu qar yağacaq Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR