
Britaniyanın Baş naziri Rişi Sunak zəlzələlədən zərər çəkən Türkiyə və Suriya xalqları üçün yardıma qoşulub.
"Report"un məlumatına görə, bu barədə Krallığın Baş naziri Rişi Sunak tviter hesabında yazıb.
“Türkiyə və Suriya xalqı, bilin ki, Böyük Britaniya sizinlədir”, - Baş nazir sosial şəbəkə hesabında qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 9 saat fərqlə 7,7 və 7,6 maqnitudalı iki zəlzələ baş verib. Son məlumata görə, zəlzələ nəticəsində 17 674 nəfər ölüb, daha 72 879 insan yaralanıb.
Güclü zəlzələlərdən sonra bölgədə maqnitudası 6,6-ya çatan yüzlərlə afterşok qeydə alınıb.
To the people of Türkiye and Syria, know that the UK stands with you.
— Rishi Sunak (@RishiSunak)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.