10-02-2023, 18:31 533

IJF-in Hakimlər Komitəsinin rəhbəri: “Cüdonu daha maraqlı edəcək dəyişikliklər lazımdır” - MÜSAHİBƏ

Beynəlxalq Cüdo Federasiyasının (IJF) Akademiyası tərəfindən Bakıda keçirilən cüdo məşqçiliyi sertifikat proqramı davam edir.

Akademiyanın aparıcı mütəxəssislərindən biri də IJF-in Hakimlər Komitəsinin rəhbəri Daniel Laskaudur. O, həmkarları ilə birlikdə yerli məşqçilərdən imtahan götürəcək və imtahanı uğurla keçənlərə sertifikatlar təqdim edəcək.

“Report”a müsahibə verən Daniel Laskau cüdonun tərbiyəvi rolu, kütləviliyi, çempionların yetişdirilməsi, Azərbaycan millisinin nəticələri və bir çox başqa mövzulardan danışıb.

- Son vaxtlar tez-tez Bakıya gəlirsiniz. Keçən il IJF Akademiyasında azərbaycanlı hakimlərə təlim keçdiniz, Bakı Böyük Dəbilqə turnirini izlədiniz, indi isə məşqçilərdən yekun imtahan götürəcəksiniz. Bu dəfə Azərbaycana hansı hisslərlə gəlmisiniz?
- İlk dəfə Azərbaycana 2003-cü ildə yeniyetmələr arasında Avropa çempionatına gəlmişəm. Yəni iyirmi il əvvəl. Və ildən-ilə müxtəlif səbəblərdən bura qayıdırdım, lakin bunların hamısı təbii ki, peşəkar fəaliyyətlə - turnirlərlə, seminarlarla bağlı idi. Keçən il Azərbaycan Cüdo Federasiyası (ACF) məşqçi və hakimlərin inkişafı və maarifləndirilməsi ilə bağlı böyük proqrama start verdi və bu proqram çərçivəsində çoxsaylı görüşlər, təlimlər keçirdik. Xüsusilə qeyd etmək istəyirəm ki, ACF bütün səviyyələrdə cüdonun inkişafına diqqət yetirir, bura həmçinin uşaqlar, yeniyetmələr və komandanın hər bir idmançısına fərdi yanaşma aiddir. Keçən il iki dəfə Bakıda oldum, məşqçilər və hakimlərlə görüşdüm, onlarla təkcə müasir cüdonun reallıqları haqqında deyil, həm də kiçik yaşlardan böyük idmançıların yetişdirilməsi proqramı haqqında danışdıq. Çünki cüdo uşaqlardan başlayır, onlar məktəbdə təhsil almağa başladığı andan.

- Bu barədə biraz daha ətraflı danışa bilərsiniz?
- Hər bir uşaq qaçmaq, üzmək, güləşmək istəyir və cüdo ilə yeni məşğul olmağa başlayanda biz onlara belə bir fürsət veririk - onlar tataminin ətrafında qaçıb özlərini ifadə edə bilirlər. Bu, onların idmanda gələcək inkişafı üçün bir növ bazadır. Cüdoda yüzdən çox texnika var və məşqçilər onların hər birini tədricən öz tələbələrinə çatdırmalıdırlar ki, onların tələbələri gələcəkdə uğur qazansınlar.

Soruşa bilərsiniz ki, bunun hazırkı məşqçilik təlimləri proqramına və imtahanına nə aidiyyəti var? Biz nəzərə almalıyıq ki, cüdo idman növü ilə məşğul olanların 80 faizi uşaqlardır. Bu, bir növ piramidadır, onun başında Olimpiya və Dünya çempionları var. Onlar, əslində, cüdoya qoşulanların ümumi sayından azdır, lakin yeni başlayan idmançılar məhz onlardan nümunə götürürlər.

Dövlətin idmana münasibəti də önəmlidir. Azərbaycan isə bu məsələdə ön sıralardadır. Hər mərtəbəsində tatami gördüyümüz üç mərtəbəli binada sizinlə söhbət edirik. Bu, əsl cüdo fabrikidir.

Cüdo piramidasına qayıtsaq, onun ən aşağı səviyyəsində uşaqlar cüdo oynayırlar, ikinci səviyyədə isə məşq başlayır. Bir qayda olaraq, bu dövrdə tələbələr bəzən valideynləri ilə müqayisədə məşqçiləri ilə daha çox vaxt keçirirlər. Axı mütəxəssislərin həm öyrədici, həm də özlərinin tərbiyəvi funksiyaları var. Piramidanın üçüncü səviyyəsində isə potensialınızı ən yüksək səviyyədə üzə çıxarmaq və titullar uğrunda mübarizə aparmaq başlayır.

- IJF Akademiyasından söz düşmüşkən, sizcə, hansı ölkələrə BCF Akademiyası xüsusi təsir göstərib?
- Canlı misal kimi Azərbaycanla həmsərhəd olan dövlətləri - Türkiyə və Gürcüstanı göstərəcəyəm. Türkiyə IJF Akademiyasının kursunu öz ana dilinə tərcümə edən ilk ölkə olub. Son iki il ərzində proqram çərçivəsində orada yüzdən çox məşqçi hazırlanıb, onlardan bəziləri idman karyerasını yenicə başa vurub.

Gürcüstan məşqçiləri IJF Akademiyasının proqramını keçib və məzunların bir qismi dağlardaki kiçik kəndlərdə və bölgələrdə uşaqları öyrədirlər. Bu günə qədər Gürcüstanda cüdo üzrə Dünya Turu yarışlarında, o cümlədən dünya çempionatlarında parlamağı bacaran bütöv bir idmançı qalaktikası yetişib.

- Azərbaycan cüdo məktəbinin fərqli cəhətlərini nədə görürsünüz?
- Qafqaz cüdoçularına xas olan əsas keyfiyyətlərdən biri güləş ruhudur. Bu keyfiyyət qandadır, milli dəyərlərlə, mədəniyyətlə ötürülür. Azərbaycan idmançıları döyüşlərin nəticəsini son saniyələrdə necə həll etməsini, müxtəlif möhtəşəm hərəkətlərlə rəqiblərini darmadağın etdiyini və medallar qazanmasını izləmək inanılmazdır. Bunu öyrətmək olmaz, bu, genetik səviyyədədir.

- Söhbətimizdə cüdonun inkişafına misal olaraq, üstündə Olimpiya və dünya çempionlarının dayandığı piramidanı misal çəkdiniz. Sizcə, idmançılarımız növbəti illərdə yenidən bu zirvələri fəth edə biləcəklərmi?

- Bunun üçün sizdə hər şey var: maliyyə, çempionların yetişdirilməsi üçün infrastruktur və əlbəttə ki, idman kadrları. Bundan əlavə, komandanın nəticələri sabitdir, demək olar ki, idmançılar bütün yarışlarda bərabər və inamlı çıxış edir. Hər dövrdə milli komandanın heyətindən bir neçə istedadlı idmançı meydana çıxır. Əvvəlki nəslin ənənələrini davam etdirir. Ona görə də yeni böyük qələbələrin çox da uzaqda olmadığı şübhəsizdir.

- Siz həm də IJF Hakimlər Komitəsinə rəhbərlik edirsiniz. Bu işin ən çətin tərəfi nədir?
- Vaxt çatışmazlığı, kifayət qədər vaxt olmaması. Çünki qısa müddətdə mübarizənin gedişatına təsir edə biləcək qərarlar qəbul etmək lazımdır. Qarşınızda tatamidə son hökmü gözləyən Olimpiada və Dünya Çempionatının qalibləri, mükafatçıları, sizin isə vaxt məhdudiyyətiniz var. Bəzən müxtəlif rakurslardan kameraların köməyinə müraciət etməli olursunuz və bu 20 saniyə və ya daha çox vaxt aparır. Lakin hamısı düzgün qərar vermək üçündür.

- “Paris 2024”dən sonra cüdonun qaydalarında dəyişikliklər gözləyə bilərikmi?
- Bir qayda olaraq, hər dövrdə idmançıların tədricən öyrəşdiyi dəyişiklikləri yoxlamaq üçün bizə bir il vaxt lazım olur. İndi bizim belə imkanımız yoxdur və Parisə qədər hər şey olduğu kimi qalacaq. Ancaq Oyunlardan sonra cüdonun gələcək inkişafı üçün müəyyən fikirlər var. Məsələn, hamı rəqiblərin fədakarlıqla vuruşduğu və xəbərdarlıq almadığı möhtəşəm döyüşlər görmək istəyir. Cüdonu daha maraqlı edəcək dəyişikliklər barədə düşünmək yaxşı olar.

Paylaş

Xəbər lenti

Avtobuslar niyə düzgün park edilmir? Bu gün, 00:48 Tokayev: "TikTok" insan beynini məhv edən dəhşətli bir şeydir Bu gün, 00:48 2027-ci ildə borc içində üzəcək bürclər – XƏBƏRDARLIQ Bu gün, 00:48 Həsənin ölümünün pərdəarxası: Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? Dünən, 23:48 Putin: Xəzər dənizinin dayazlaşması narahatlıq doğurur Dünən, 23:48 Bakıda iki böyük prospektin yükü azalacaq: İşlər bitmək üzrədir Dünən, 23:48 Atobuslar niyə düzgün park edilmir? Dünən, 23:48 Babək rayonunda baş verən qəzada beş nəfər xəsarət alıb Dünən, 23:48 Bir telekanalın yayımı dayandırıldı Dünən, 22:48 Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib Dünən, 22:48 Özcan Deniz, Burcu Özberk və Deniz Çakırın ifadələri mətbuata açıqlandı Dünən, 22:48 Gecələr az yatmağın səbəbi bu vitamin çatışmazlığı ola bilər - ARAŞDIRMA Dünən, 22:48 Simonyan Azərbaycana səfəri zamanı ikitərəfli məsələləri müzakirə etmək niyyətindədir Dünən, 22:48 Urudun susdurulan yaddaşı: Daşlara həkk olunan tarix Dünən, 21:48 Gələn il maaşdan nə qədər vergi tutulacaq? - AÇIQLAMA Dünən, 21:48 Ruslan Ənvərliyə vəzifə verildi Dünən, 21:48 Yeni il gecəsi baş verən hadisənin təfərrüatı: 13 yaşlı qızla intim münasibətdə olan gənc həbs edildi Dünən, 20:48 Maşın almaq istəyənlərə MÜJDƏ - Bu tarixdə dəyərindən çox ucuz avtomobillər satışa çıxarılacaq Dünən, 20:48 "Sülh körpüsü" təşəbbüsü çərçivəsində 6 tematik komitə fəaliyyət göstərəcək Dünən, 20:48 Arvadını iki kişi ilə yaxalayan 49 yaşlı iş adamı evində ölü tapıldı Dünən, 20:48 SOCAR-da ilin ilk 6 ayı üzrə audit olunmuş maliyyə və əməliyyat nəticələri müzakirə edilib Dünən, 20:48 Yaşıllıqların mühafizəsinə dəstək məqsədli mobil tətbiq istifadəyə verilib Dünən, 19:48 "Sabah"a 2 qol vuran Qordon UEFA Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib Dünən, 19:48 Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb Dünən, 19:48 Bu ərazidə 960 şagirdlik yeni məktəb-lisey TİKİLƏCƏK Dünən, 19:48 AZƏRTAC və Argentinanın LANA xəbər agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb Dünən, 19:48 "Barselona"nın ulduzu: Mənim xarakterim və düşüncə tərzim unikaldır Dünən, 19:48 "Azərbaycan Hava Yolları" QSC 2025-ci il üzrə illik hesabatını təqdim edib Dünən, 18:48 22 yaşlı "Tik-toker" avtomobil qəzasında öldü Dünən, 18:48 Türk Dövlətləri Həmkarlar İttifaqları Təşkilatının iclası keçirilib Dünən, 18:48 "Sabah" klubu rusiyalı azarkeşin ölümü ilə bağlı başsağlığı verib Dünən, 18:48 İcra hakimiyyətindəki əməliyyatda saxlanılan vəzifəlilər hakim qarşısında Dünən, 18:48 Küveytdə İranın PUA hücumu nəticəsində 2 italiyalı mütəxəssis ölüb Dünən, 18:48 Keçmiş cütlüyün illərdir davam edən gərginliyi bitdi Dünən, 17:48 Qohum evlilikləri ilə bağlı qeyri-adi hadisə - Ailənin üzvləri mavi doğulub Dünən, 17:48 "Ağ kepkalı feodal"ın elektromobil şousu - "Mehdiyev klanı" 600 hektar bağı zəbt edib Dünən, 17:48 Ermənistanda saxlanılan azərbaycanlı hərbçinin həbs müddəti uzadıldı Dünən, 17:48 Tanınmış vəkil Orxan Kəngərli həbsdə qaldı Dünən, 17:48 Arşavin "Barselona"nı "Real Madrid"dən üstün tutmasının səbəbini açıqlayıb Dünən, 17:48 Azərbaycan neftini ən çox alan 10 ölkə – SİYAHI Dünən, 17:48 Alen Simonyan azərbaycanlı və erməni nümayəndələrlə görüşdü Dünən, 17:48 Bakı-Xırdalan-Sumqayıt sərnişin qatarının fəaliyyəti nə vaxt bərpa olunacaq? - Rəsmi Dünən, 17:48 İlon Mask ABŞ-dəki bütün uşaqlara bahalı hədiyyə verəcək Dünən, 17:48 57 yaşlı Cennifer Lopez belə formada qalır Dünən, 17:48 Qazaxıstanda təhlükəli virus yayılması barədə iddialara cavab verildi Dünən, 17:48 Avropa ölkəsində elektrik enerjisi çatışmazlığı riski artıb Dünən, 17:48 Gəncədə köşkdən oğurluq edən şəxs saxlanılıb Dünən, 16:48 Bakıda sökülən tarixi qapı əvvəlki yerinə qaytarılır - Qanun pozuntusuna görə protokol tərtib edilib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR