
Rusiya ordusu Xerson Şəhər Şurasını ələ keçirib.
APA Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə şəhər şurası məlumat verib.
Rusiya hərbçiləri oradan Ukrayna bayrağını götürüb, mühafizəçilərdən binanın açarlarını alıblar.
Bələdiyyə sədrinə və bələdiyyə məclisinin əməkdaşlarına binaları tərk etmək əmri verilib.
Sabahdan etibarən Xerson Şəhər Şurası işləməyəcək.