
Biləsuvar rayonu ərazisində yerləşən Cəbrayıl qəsəbələrində yaşayan məcburi köçkünlər də Türkiyə üçün yardım toplayır.
"AVESTA.AZ"un Muğan bürosunun məlumatına görə, qəsəbə sakinləri aksiyada aktiv şəkildə iştirak edir.
Aksiyada əsasən döşək, yorğan, yastıq, isti geyimlər, uşaq bezləri, uşaq qidaları, papaq, corab, əlcək və s. toplanır.
Qeyd edək ki, yardım çeşidləndikdən sonra Bakıda təyin olunmuş məntəqəyə yola salınacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.