14-02-2023, 03:13 610

İngiltərə Premyer Liqası: Mersisayd derbisində “Liverpul” “Everton” üzərində inamlı qələbə qazanıb

İngiltərə Premyer Liqasının XXIII turunun yekun matçında Mersisaydın iki klubu qarşılaşıb – “Liverpul” və “Everton”. Oyun “qırmızılar”ın inamlı qələbəsi ilə başa çatıb – 2:0.

“Report” xəbər verir ki, matç “Enflid” stadionunda baş tutub.

“Liverpul” prinsipial rəqibi ilə oyundan öncə turnir cədvəlində 10-cu pillədə qərarlaşmışdı. Bütün turnirlər daxil olmaqla son yeddi oyunda Yurgen Kloppun komandası sadəcə bir qələbə qazana bilmiş, 4 dəfə uduzmuş və cəmi 6 qol vurmuşdu. “Everton” isə tabloda sondan üçüncü pillədə qərarlaşmış olsa da, çempionatın sonuncu matçında sensasiyaya imza ata bilmişdi. Belə ki, “göylər” Premyer Liqanın lideri “Arsenal”ı 1:0 hesabı ilə yeniblər. Bu, Şon Dayçın baş məşqçi postuna təyin olunmasından bir neçə gün sonra baş verib.

Derbidən öncə məlum olub ki, hakim Con Bruksun təyinatı ləğv edilib. Arbitr VAR-a nəzarət etməli olacaqdı, ancaq “Kristal Pelas” – “Brayton” matçındakı səhvi ona baha başa gəlib. Həmin oyunda hakimlər ofsayd xətti yanlış çəkiblər və səhvən qonaqların qələbə qolunu ləğv ediblər. Bruksu nəinki derbi, həm də qarşıdakı “Arsenal” – “Mançester Siti” oyunundan da çıxarıblar.

“Everton” fasiləyədək qapıya bir dəfə də dəqiq zərbə endirməyib, “göylər” həmçinin topa sahibolma göstəricisində də rəqibdən xeyli geri qalıblar (32 % 68 %-ə qarşı) və daha çox qayda pozublar (13 5-ə qarşı). Birinci hissənin sonunda qonaqlar “qırmızılar”ı kədərləndirməyə yaxın olsalar da, Ceyms Tarkovskinin zərbəsi dirəyə tuş gəlib. Müdafiəçinin bu həmləsi küncdən zərbədən sonra baş verib, rəqib isə əks-hücumda hesabı açıb.

Birinci hissənin 36-cı dəqiqəsində Darvin Nunesin sərrast ötürməsindən sonra Məhəmməd Salah topu tora göndərib. Bu dəqiq zərbə ilə misirli qolsuz beş matç seriyasına son qoydu. Belə ki, Salah 400 dəqiqədən çox idi ki, qol vura bilmirdi. Eyni zamanda, bu qolla, o, “Enfild”də 100 məhsuldar kombinasiyada iştirak edib (71 qol, 29 asist).

Fasilədən dərhal sonra “Liverpul” üstünlüyü artırıb – Kodi Qakpo Trent Aleksander-Arnoldun uzaq dirəyə verdiyi ötürməsini qolla sonuclandırıb. Hücumçu qışda PSV-dən 42 milyon avroya satın alınsa da, yeni klubunda keçirdiyi ilk 6 matçda fərqlənə bilməmişdi. “Liverpul”un bu qolu da məhsuldar əks-həmlənin nəticəsi olub.

Oyunun 70-ci dəqiqəsində əlamətdar hadisə baş verib: almaniyalı mütəxəssis, Dioqo Jotanı oyun salıb. Portuqaliyalı zədə səbəbindən dörd ay buraxmalı olub, onun iştirakı ilə son matç ötən il oktyabrın 16-da baş tutub. O zaman “Liverpul” öz meydanında “Mançester Siti”yə qalib gəlmişdi (1:0). Bundan başqa, Roberto Firminonun qayıdışı da diqqət mərkəzində olub: braziliyalı üç aydan sonra ilk dəfə rəsmi matçda meydana çıxıb.

“Liverpul” görüşdə qələbə qazanaraq turnir cədvəlində Londonun “Çelsi” komandasını geridə qoyub və 9-cu pilləyə yüksəlib. Bununla belə, “qırmızılar”ı Çempionlar Liqasında çıxış etmək imkanı verən ilk dördlükdən 9 xal ayırır. Fevralın 18-də “Liverpul” səfərdə dördüncü pillədə qərarlaşan “Nyukasl”la oyuna çıxacaq. Potensial qələbə Mersisayd təmsilçisini nəzəri olaraq 6-cı yerə yüksəldə bilər.

Paylaş

Xəbər lenti

Azərbaycanın tanınmış rejissoru VƏFAT ETDİ Bu gün, 08:48 Azərbaycan səfirliyi "The Guardian"da dərc edilmiş qərəzli məqaləyə cavab verib Bu gün, 08:48 Aktyor Oqtay Mehdiyev: "Öldürmək istəsələr də, alınmadı" Bu gün, 08:48 Məktəblərin açılmasına bir həftə qalıb, yol isə bərbad vəziyyətdədir Bu gün, 08:48 Güclü külək Lənkəranda da bir sıra fəsadlar törədib Bu gün, 08:48 Nazir Abid Şərifovun qardaşı oğlunu işdən çıxardı Bu gün, 08:48 Dünyanın aparıcı hərbi şirkətləri Bakıya gəlir Bu gün, 00:48 Zelenski: ABŞ bu qış Rusiya ilə Ukrayna arasında danışıqları bərpa etmək istəyir Dünən, 23:48 Ələt-Astara magistral yolunda ağac hərəkətdə olan avtomobilin üzərinə aşıb Dünən, 23:48 Gürcüstan və Koreya Orta Dəhlizin rolunu müzakirə edib Dünən, 23:48 İrlandiyada vətəndaşlıq almaq çətinləşdirilir Dünən, 23:48 İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb Dünən, 23:48 Şamaxı sakinlərinin kanalizasiya problemi: "Evdə oturmaq olmur" Dünən, 22:48 Tbilisidə Azərbaycan kəlağayısına həsr olunmuş kitab təqdim edilib Dünən, 22:48 ABŞ-nin sərhədləri genişlənir? - Trampın paylaşdığı xəritə diqqət çəkdi Dünən, 22:48 Evdə işləyənlərdə ən çox bu ağrılar yaranır Dünən, 22:48 ABŞ Kubaya 178 milyard dollar zərər vurub Dünən, 22:48 Xırdalanda Mədəniyyət evinin yaxınlığında yanğın olub Dünən, 22:48 Ölkədə neçə uşaq valideynlərindən biri ilə yaşayır? - STATİSTİKA Dünən, 21:48 BMT: Süni intellekt insanlıq üçün təhlükə yarada bilər Dünən, 21:48 Yağış və külək Bakıda problemlər yaradıb Dünən, 21:48 Hər il 12 milyon qız 18 yaşına çatmadan ailə həyatı qurur: BMT-dən tarixi qərar Dünən, 21:48 Binəqədi rayonu ərazisində YANĞIN Dünən, 20:48 90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF Dünən, 20:48 Paytaxtda mənzil almaq adı ilə dələduzluq edən şəxs saxlanıldı Dünən, 20:48 Şahin Mustafayev Özbəkistanla iqtisadi əməkdaşlığın əsas göstəricilərini açıqlayıb Dünən, 20:48 Türkiyədə iki tondan çox narkotik ələ keçirilib, 424 nəfər saxlanılıb Dünən, 19:48 İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq Dünən, 19:48 Göyçayda güclü külək ağacları aşırıb, elektrik enerjisinin verilişində fasilələr yaranıb Dünən, 19:48 Qaydalar dəyişdi: Kimlər daha çox pul ala biləcək? Dünən, 19:48 Quraqlıq, daşqın, dözülməz isti: Azərbaycanı hansı təhlükələr gözləyir? Dünən, 18:48 Ermənistandan Azərbaycana hansı məhsulların gətirilməsi mümkündür? Dünən, 18:48 Azəbaycanda bərpa olunan enerjinin xüsusiyyətləri üzrə vahid reyestr yaradılacaq Dünən, 18:48 Azərbaycan konkurçusu Patrik Makenti Belçikadakı turnirdə 2-ci yeri tutub Dünən, 18:48 Məhkəmə qərarı ilə bağlı müəmma: Fidan Abbasova narkoloji qeydiyyata alınmır? Dünən, 18:48 Milli Qəhrəman Mübariz İbrahimovun ev muzeyi təmir olunacaq Dünən, 18:48 Şamaxı və Şahdağa dolu düşüb Dünən, 17:48 İşdən çıxarılan sədr keçmiş DEPUTATIN OĞLU İMİŞ Dünən, 17:48 Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü Dünən, 17:48 Nazirlikdən küləkli hava ilə bağlı əhaliyə MÜRACİƏT Dünən, 17:48 Qobustanda 38 günə körpü inşa edilib Dünən, 17:48 Türkiyə, Gürcüstan və İraqdan olan azərbaycanlı din xadimləri Zəfər parkını ziyarət ediblər Dünən, 17:48 Biri 13, digəri 12 il müddətinə həbs edildi Dünən, 17:48 Dünya bazarında neftin qiyməti son bir ayın maksimumuna çatıb Dünən, 16:48 Şəmkirçay suyu necə içməli suya çevrilir? - DETALLAR Dünən, 16:48 Məşhur britaniyalı teleaparıcı xərçəng xəstəliyinə tutulub Dünən, 16:48 Qubada kanaldan meyit tapılıb Dünən, 16:48 SOCAR-ın "Methane AI" proqram təminatı regional tərəfdaşların diqqətini cəlb edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR