
Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatların zamanı 198 saatdan sonra binanın dağıntılar altından 2 qardaşı sağ çıxarıb.
"AVESTA.AZ"un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, Azərbaycanın xilasediciləri gənc Muhammed və Abdulbaki Enes qardaşlarını uçurumların atından xilas edərək aidiyyəti üzrə təhvil verilib.
Hazırda axtarış-xilasetmə əməliyyatlarını davam etdirir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.