
Bakının Sabunçu rayonunda 4 avtomobilin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"AVESTA.AZ"un məlumatına görə, Bakıxanov qəsəbəsində "Lada" markalı avtomobil idarəetmədən çıxaraq digər 3 avtomobilə çırpılıb. Hadisə zamanı avtomobillərə ciddi ziyan dəyib.
Hadisənin təfərrüatı araşdırılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.