
Ukraynada daha bir soydaşımız ərazi bütövlüyü uğrunda şəhid olub.
Bu barədə Media Qrupunun Ukrayna təmsilçisi Anar Natiqoğlu sosial şəbəkədəki şəxsi hesabında paylaşım edib.
Həmkarımız bildirib ki, illərdir bu ölkədə yaşayan 39 yaşlı Fuad Fərhad oğlu Məmmədov Donetsk vilayəti Konstantinovka uğrunda döyüşlərdə həlak olub. “Fuad bəyin atası istefada olan hərbi həkimdir. Şəhidimiz həm də çoxlarımızın birinci Qarabağ savaşından tanıdığı hərbi jurnalist, dəyərli dostumuz Aghasi Hun Mammadli bəyin qardaşı oğludur. Başımız sağ olsun. Tanrı ruhunu şad etsin. Slava Ukraine!!!”- A.Natiqoğlu daha sonra əlavə edib.
A.Natiqoğlunun sözlərinə görə, Fuad Məmmədovu kiçik qardaşı Rasim də hal-hazırda doyüşlərdədir.
Allah döyüşçü soydaşımıza rəhmət eləsin!
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.