5-04-2022, 08:36 893

“Telefonla danışanda əlaqə kəsildi, hiss etdim ki, bir daha onun səsini eşitməyəcəyəm”
Aprel döyüşlərindən artıq 6 il ötür. Böyük zəfərimizin başlanğıcı olan bu döyüşlərdə bir çox qəhrəman igidlərimiz şəhidliyə ucaldı. Bu şəhidlərdən biri də Emin Bağırovdur. 1996-cı il iyul ayının 15-də Binəqədi rayonunda dünyaya gələn şəhidimiz 2014-cü ilin oktyabr ayında hərbi xidmətə yollanıb. Xüsusi təyinatlı kimi aprel döyüşlərində iştirak edən Emin Bağırov Talış istiqamətində qəhrəmancasına şəhid olub.
 
Eminin ailə üzvləri onunla bağlı xatirələrini Moderator.az ilə bölüşüblər. Şəhidimizin atası İmran Bağırov deyir ki, Emin uşağlıqdan vətənpərvər ruhda böyüyüb.
“Bu gün Eminin şəhid olmasından 6 il ötür. Uşağlıqdan hiss edirdik ki, o böyüyəndə dəyərli övlad olacaq. Uşaqlarımın içində seçilirdi, demək olar ki, onu doyunca görmədim, ondan doymadım. Gedirdi məktəbə, məktəbdən sonra idmana, evdə tapılmırdı. Deyirdi ki, olimpiya çempionu olacağam ata, mən də sevinirdim. Mənim yanımda şəhid olmaq istəyini demirdi, təkcə qardaşının, anasının yanında deyirdi. Sanki özü-özünü hazırlayırdı. Aprel döyüşləri başlayanda nigaran qalıb, ona zəng etdim. Mənə dedi ki, yaxşıyıq, nailiyyət biz tərəfdədir, azdan-çoxdan televizorda eşitməmiş olmazsan. Daha sonra əlaqə kəsildi. Hiss etdim ki, bir daha onun nə özünü görəcəyəm, nə də ki, səsini eşidəcəyəm. Qəribsədim, sanki ömür boyu yetim qalacağımı bilirdim, amma o hissi aprel ayının 5-nə qədər heç kimə bildirmədim, içimdə daşıdım. Sən demə aprel ayının 4-də Emin şəhid olub” deyə İmran Bağırov bildirib. O aprel döyüşlərini şanlı zəfərimizin başlanğıcı adlandırıb.
 
“Emin və Emin kimi neçə-neçə igidlərimizin sayəsində aprel döyüşləri şanlı zəfərimizin başlanğıcı oldu. Qəhrəmanlar misli görünməmiş tarix yazdılar. Bu gün bütün şəhidlərin, həmçinin də Eminin ruhu şaddır! Emin şəhid olandan 20 gün sonra onun şəhid olduğu yerlərə gedib, ziyarət etdim. O vaxt heç məzarüstünü götürməmişdik, gətirdiyim torpağı onun qəbrinin üstünə tökdüm. Biz eyni tarixdə anadan olmuşuq, arzu edirəm ki, Eminlə də eyni tarixdə dünyamı dəyişim. Eminin arzuları böyük idi, çox heyf ki, hamısı yarıda qaldı” deyə atası İmran Bağırov bildirib.
Şəhidimizin qardaşı Yaqub Bağırov deyir ki, qardaşı ilə hər zaman fəxr edib.
 
“Emin mənim kiçik qardaşımdır, 1996-cı ildə anadan olub. Aramızda 3 yaş fərq olmasına baxmayaraq bizi məktəbdə, məhəllədə əkiz bilirdilər. Məktəb illərindən mərd, qəhrəman, qoçaq uşaq idi. İdmanla məşğul idi, gözündə qorxu yox idi. Məktəbdə bütün tədbirlərdə iştirak edirdi, düşmənə nifrəti də ona uşaqlıqdan aşılanmışdı. Xocalı hadisələri ona çox pis təsir etmişdi, deyirdi ki, böyüyəndə düşməndən qisası mütləq alacağam. Döyüş yoldaşları deyirdi ki, Eminin heç bir gülləsi boşa getmirdi, həqiqətən də döyüşdə qisası alırdı. Hərbi xidmətdə Xüsusi Təyinatlı Qüvvələrə yazıldı, özü seçmişdi. Dedik ki, ağırdır, dedi yox, bu mənim arzumdur” deyə qardaşı Yaqub Bağırov bildirib.
O deyir ki, şəhid olmaq qardaşının çoxdankı arzusu olub.
 
“Hər zaman deyirdi ki, şəhid olacağam, Mübariz İbrahimovu özünə kumir seçmişdi. Hətta bir şeir də yazmışdı ki, ana, şəhid olsam qəbrim üstə ağlama, bayram payımı saxlama. Sonuncu dəfə mart ayında evə gəlmişdi, paraşütlə tullananda suya düşmüşdü deyə bir az soyuqlamışdı. Atam dedi ki, bir az qal, sağal, sonra gedərsən. Dedi ki, xeyr, mən getməliyəm. Emin Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüş yoldaşları deyir ki, düşmənin keçilməz adlandırdığı “Ohanyan” xəttini yarmağa bizə 1 saatdan az vaxt lazım oldu. Ən qızğın döyüşlərdə olub, hətta düşmənlə əlbəyaxa döyüşə girməkdən də çəkinməyib. Bir dəfə televiziyada vətənpərvərlik haqda film göstərilirdi, qəfildən Emin yadıma düşdü, hönkürüb ağladım. Eminin sosial şəbəkədəki səhifəsini mən işlədirəm. Sonra biri mənə yazdı ki, Emin onun yuxusuna girib və deyib ki, qardaşıma de ki, ağlamasın, mən ölməmişəm. Hamının yuxusuna girir, deyir ki, mən ölməmişəm, ailə üzvlərimə salam verirəm, görmürlər. Ailəmə salamlarımı çatdırın. Özümə söz vermişəm ki, qardaşımı hər zaman yaşadacağam. Şəhidlər vurulduqda deyil, unudulduqda ölürlər. Onu heç bir zaman unutmayacağıq” deyə qardaşı Yaqub Bağırov bildirib.
 
Emin Bağırov ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib. Şəhidin məzarı bu gün vətən sevgisi ilə döyünən yüzlərlə gəncin ziyarət və and yeridir.
Paylaş

Xəbər lenti

Tramp və Si Cinpin Ağ Evdə hərbi mərasimdə Bu gün, 21:48 Banklar debet kartların satışına niyə məhdudiyyət qoyub? - YENİ AÇIQLAMA Bu gün, 21:48 Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib Bu gün, 21:48 "Sabah"ın matçına gedənlərin nəzərinə! - Nəqliyyat ayrıldı Bu gün, 21:48 Azərbaycan-Kot-d'İvuar ikitərəfli münasibətləri müzakirə olunub Bu gün, 21:48 Qazaxıstanda 25 sentyabr ümummilli matəm günü elan edildi Bu gün, 20:48 "Birliyin Gücü - 2026": Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub Bu gün, 20:48 Xalq artisti: "11 yaşımda ana oldum, mən böyümədim" Bu gün, 20:48 Qazaxıstanda həlak olan hərbçilərin sayı 12-yə çatdı Bu gün, 20:48 Azərbaycanda milyonluq mülkləri ilə gündəmə gələn deputat İSTEFA VERDİ Bu gün, 19:48 Sabirabadda AĞIR QƏZA: Ölən və yaralanan var Bu gün, 19:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların zərərsizləşdirilməsi üzrə fəaliyyətlər icra olunub Bu gün, 19:48 Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşüb Bu gün, 19:48 Bakı-Sumqayıt yolundan istifadə edən sərnişinlər üçün YENİLİK Bu gün, 19:48 Bolt for Business Baku Electronics-də yeni Apple məhsullarının satışına dəstək verir Bu gün, 19:48 Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, NATO çərçivəsində müttəfiqidir Bu gün, 19:48 "Tuzlu Kahve"nin çəkildiyi lüks malikanənin sahibi açıqlandı Bu gün, 18:48 Bakıda turist skuterdən yıxılaraq xəsarət alıb Bu gün, 18:48 Prezidentin qanunu imzalamadan Milli Məclisə geri qaytarmasına aydınlıq gətirilib Bu gün, 18:48 Aytən Səfərova: "İşıqpulunun çoxluğundan gileylənirik, amma bahalı telefon alırıq" Bu gün, 18:48 Sürücülük təlimində ciddi QANUN POZUNTUSU: 17 yaşlı şəxslə əsas yola çıxdı Bu gün, 18:48 Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı Bu gün, 18:48 Azərbaycanda bank kartları ilə bağlı YENİ QADAĞA Bu gün, 17:48 FHN əhaliyə hava xəbərdarlığı edir Bu gün, 17:48 Kadir İnanırın pulu və qızılları oğurlandı Bu gün, 17:48 "Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib Bu gün, 17:48 Rusiya dronların yığılması üçün 25 minə qədər Şimali Koreya vətəndaşını işə götürür Bu gün, 17:48 Kimsəsizlər evində yaşayan 78 yaşlı aktrisanın SON HALI Bu gün, 17:48 Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq Bu gün, 17:48 74 yaşlı Harvi Vaynşteyn 15 il müddətinə həbs edildi Bu gün, 17:48 Rauf Arifoğlu: "Paşinyan istəsəydi, Vardanyanın qarşısını alardı" Bu gün, 17:48 Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçiriləcək Bu gün, 17:48 "Birliyin Gücü – 2026": Şərti terrorçuların sığınacaqları məhv edilib Bu gün, 16:48 Əli Əsədov: "Ölkə qarşısında yeni strateji çağırış və hədəflər formalaşır" Bu gün, 16:48 "Trendyol" sifarişləri gecikir - Quru yolla daşınır? Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində ikinci sərbəst yürüş başlayıb Bu gün, 16:48 Yaxın 4 ildə dövlət büdcəsi xərclərinin əsas prioritet istiqamətləri ELAN EDİLDİ Bu gün, 16:48 Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib Bu gün, 16:48 Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ Bu gün, 16:48 Babək rayonunun icra başçısı vəzifəsindən azad edilib Bu gün, 16:48 "Formula 1" üzrə Azərbaycan Qran-prisində qəza baş verib Bu gün, 16:48 Sergey Sosedov 58 yaşında vəfat etdi Bu gün, 16:48 Prezident Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb Bu gün, 16:48 Rodri "Barselona"da onu ən çox təəccübləndirən futbolçunun adını açıqladı Bu gün, 15:48 BƏƏ İrana uçuşları dayandırdı – ABŞ sanksiyaları əsas gətirildi Bu gün, 15:48 58 yaşlı kişi gəncləşmək üçün Viyetnama getdi, tanınmaz hala düşdü Bu gün, 15:48 Bakının Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib Bu gün, 15:48 2 milyona yaxın borcu olan biznesmenin Azərbaycandan çıxışına QADAĞA Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR