18-02-2023, 22:55 769

Prezident İlham Əliyev Münxendə Azərbaycan televiziya kanallarına müsahibə verib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verib.

"Report" müsahibəni təqdim edir.

- Cənab Prezident, Real Televiziyasının bir sualı olacaq. Olarmı? Cənubi Qafqazın təhlükəsizliyindən söhbət getdi, yəni, Siz 2020-də də burada iştirak etmişdiniz və bu 2-3 il ərzində baş verənləri nəzərə alsaq, Siz faktiki olaraq təhlükəsizlik baxımından Cənubi Qafqazın xəritəsini təqdim etdiniz.

-Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bölgəmizdə də vəziyyət tamamilə dəyişmişdir. Yeni reallıqlar ortaya çıxdı və əlbəttə, biz hazır olmalıyıq ki, bu reallıqlarda öz mövqeyimizi daha da gücləndirək. Bugünkü panel müzakirəsi bir daha onu göstərdi ki, bəziləri bu reallıqlarla barışmaq istəmirlər, amma məcbur olub barışacaqlar. Çünki biz real dünyada yaşayırıq və bölgəmizdə gedən proseslər əlbəttə ki, yeni yanaşmaları tələb edir.

Şadam ki, Münxen Təhlükəsizlik Konfransı kimi mötəbər beynəlxalq qurum da bu məsələyə xüsusi diqqət yetirir. Yəqin, siz görmüsünüz ki, iştirakçıların sayı da kifayət qədər çox idi, maraq da kifayət qədər böyük idi. Əgər bu müzakirə daha bir neçə saat davam etsəydi, yəqin ki, heç kim bu toplantını tərk etməzdi.

Azərbaycanın mövqeyinə gəldikdə, bizim mövqeyimiz birmənalıdır, açıqdır. Mən bunu qapalı görüşlərdə də ifadə edirəm, rəsmi açıqlamalarımda da. Bu gün Dövlət katibi Blinkenin təşəbbüsü ilə keçirilmiş tədbirdə də ifadə etmişəm, biz haqqın, ədalətin tərəfdarıyıq. Daxili işlərimizə kənar qüvvələrin qarışmasına heç vaxt imkan verməmişik və imkan verməyəcəyik. Qarabağ Azərbaycandır! Bunu mən müharibədən əvvəl demişəm. Bu gün bunu təkcə mən yox, bütün dünya nəinki deyir və görür.

O ki qaldı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına, yenə də burada da bizim mövqeyimiz tamamilə məntiqlidir. Biz istəyirik ki, bu normallaşma tezliklə baş versin, o ədavət dövrü arxada qalsın. Əgər Ermənistan tərəfi özündə iradə və güc taparsa, əminəm ki, yaxın zamanlarda buna nail olmaq mümkün olacaqdır.

-Təşəkkür edirik. Ermənistan baş naziri tərəfindən yenə qeyri-obyektiv fikirlər səsləndirildi. Yəni, hələ də, ikinci dəfə görüşdə, belə deyək, yenə öz amplualarındadır. Nə istəyirlər?

- Bilmirəm, bunu siz daha yaxşı şərh edə bilərsiniz. Əlbəttə, mən bilirəm ki, çoxlarınız “kokeyşn büro” haqqında bəzi fikirlər gözləyirdiniz, yaxşı ki, bu olmadı. Amma yenə də səmimiyyət nöqteyi-nəzərdən hesab edirəm ki, daha da, necə deyərlər, dolğun bir mənzərə yarana bilərdi.

Çünki bilirsiniz, bu gün həqiqətləri gizlətmək, yaxud da ki, reallığı təhrif etmək mümkün deyil. Biz informasiya dünyası dövründə yaşayırıq. Hər kəs yaxşı bilir harada nə baş verir. Ona görə qeyri-ciddi və manipulyativ mahiyyət daşıyan açıqlamalar əlbəttə ki, ciddi qəbul edilmir. Bizim mövqeyimiz birmənalıdır. Biz nəyi deyiriksə, birincisi, həqiqətə əsaslanırıq. İkincisi, mövqeyimizi açıq bildiririk. Beynəlxalq tərəfdaşlar da bilirlər ki, biz nə istəyirik.

Biz istəyirik ki, Qarabağ məsələsi beynəlxalq gündəlikdən çıxsın. Biz imkan verə bilmərik ki, Qarabağ məsələsi hər hansı bir formada Azərbaycanla Ermənistan arasında imzalanacaq sazişə daxil edilsin. Bunu mən bu gün cənab Blinkenin iştirakı ilə keçirilmiş görüşdə də bildirmişəm. Biz istəyirik ki, sərhədlərimiz tarixi xəritələr əsasında delimitasiya olunsun. Bunun da tarixi məntiqi var. Biz istəyirik ki, Ermənistan bizə qarşı ərazi iddialarından əl çəksin və normallaşma olsun.

Ermənistan nə istəyir? Biz bunu başa düşə bilmirik. Gah deyirlər ki, onlar Laçın-Xankəndi yolunda baş verən hadisələrə ümumiyyətlə heç bir münasibət bildirməyəcəklər, bu, onlara aid məsələ deyil. Gah deyirlər ki, onlar dırnaqarası “Dağlıq Qarabağ problemi” ilə məşğul olmaq istəyirlər. Ona görə, onlar özləri üçün bunu müəyyən etməlidirlər və düzgün tələffüz etməlidirlər, xarici tərəfdaşlara da öz mövqeyini, - əgər o mövqe varsa, - çatdırmalıdırlar.

-Cənab Prezident, bir sual da xahiş edirik. Avropa İttifaqının nümayəndələri ilə görüşərkən Fransanın qərəzli mövqeyi ilə bağlı hər hansı bir fikir səsləndirilibsə, istərdik ki, bu haqda da eşidək.

- Bu haqda mənim tərəfimdən nə isə demək bəlkə düzgün olmaz. Amma əlbəttə ki, bütün görüşlərdə bu məsələ gündəlikdə idi. Hesab edirəm ki, Azərbaycanın ədalətli mövqeyi də anlayışla qəbul edilir.

-Cənab Prezident, üzr istəyirəm, bir sual da verəcəyəm. Deməli, burada enerji təhlükəsizliyi ilə bağlı panellər keçirilir. Ümumiyyətlə, necə bilirsiniz, Azərbaycanın son vaxtlar enerji təhlükəsizliyi təchizatı ilə bağlı irəli sürdüyü məsələlər, Bolqarıstanda, Rumıniyada imzalanan müqavilələr, Avropa İttifaqı ilə. Yəni, Azərbaycan burada faktiki olaraq hərəkətverici qüvvədir. Bir daha istəyərdik ki, Sizdən bu barədə bir şərh eşidək.

- Bu təbiidir. Yəni, bu, yəqin, artıq həqiqətdir ki, əlavə şərhlərə də ehtiyac yoxdur. Həm Davos Forumu çərçivəsində, həm burada enerji təhlükəsizliyi məsələləri gündəliyin ön sıralarındadır. Əlbəttə ki, burada Azərbaycan yeni mənbənin sahibi kimi və Avropanın enerji təhlükəsizliyi üçün bir çox işlər görən ölkə kimi böyük hörmətlə qarşılanır. Deyə bilərəm ki, bir çox görüşlərdə bizim Avropanın enerji təhlükəsizliyinə verdiyimiz töhfə qeyd olunur və mənə təşəkkürlər də çatdırılır.

Burada həm Avropa, həm Azərbaycan ancaq qazanc əldə edə bilərlər və faktiki olaraq biz bunu edirik. Şübhəsiz ki, enerji diplomatiyamız nə qədər uğurlu olarsa, ölkəmizin maraqları bir o qədər də daha güclü şəkildə təmin ediləcək.

Jurnalistlər: Çox sağ olun.

22:39

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Münxendə "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda plenar iclasdan sonra Azərbaycan televiziya kanallarına müsahibə verib.

Paylaş

Xəbər lenti

Bayram günlərində hərbi qulluqçuların yürüşləri və hərbi orkestrlərin nümunəvi çıxışları təşkil ediləcək Bu gün, 12:48 Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub Bu gün, 12:48 Nicat İmanov: "İki il fəaliyyət göstərən KOB-lara 25 %-lik vergi güzəşti veriləcək" Bu gün, 12:48 Gökhan Özen: "Gözümdən əməliyyat olundum, dedilər botoks etdirmişəm" Bu gün, 12:48 Süni intellektlə şirkət rəhbərlərini təqlid edərək 130 milyon dollarlıq dələduzluq etdilər Bu gün, 12:48 Yasamalda boru partlayıb, su küçəboyu fontan vurur Bu gün, 12:48 İlham Əliyev və Mehriban Əliyeva Cəbrayıl rayonunda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər Bu gün, 12:48 AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir Bu gün, 12:48 Sosial şəbəkələrdə böhtan və təhqirə məruz qalanlar nə etməlidir? - Hakim açıqladı Bu gün, 11:48 NETTY 2026 ərizə qəbulu elan edilib Bu gün, 11:48 Nostradamusun 2027-ci il proqnozları üzə çıxdı - Müharibə, qızılın bahalaşması... Bu gün, 11:48 "İrşad" Zəfər sevincini "Şad Günlər"lə qeyd edir! Bu gün, 11:48 Gürcüstanda azərbaycanlı qardaşları öldürən şəxs yaxalandı Bu gün, 11:48 Bu şəxslər üçün yeni yaşayış evləri tikiləcək Bu gün, 11:48 Kamilo Durandan Azərbaycan bayrağı açan azarkeşə jest - ANBAAN VİDEO Bu gün, 11:48 Qobustanda göbələkdən zəhərlənənlərin son durumu Bu gün, 11:48 Azərbaycan əcnəbilər üçün bir sıra dövlət rüsumları müəyyən edir Bu gün, 11:48 Yol polisi bayramla əlaqədar səfər edəcək sürücülərə müraciət edib Bu gün, 11:48 Bu halda sürücülük vəsiqəsi PULSUZ dəyişdiriləcək Bu gün, 11:48 Toy üçün qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - YENİ QİYMƏTLƏR Bu gün, 11:48 Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq? Bu gün, 11:48 ADY-yə məxsus nasosda problem yarandı, tuneli su basdı Bu gün, 11:48 Azərbaycanda vergi borclarına görə hesablanan faizlərin iki dəfə azaldılması təklif edilir Bu gün, 11:48 Şəhid ailələri ilə bağlı yeni güzəşt gündəmdə Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dollara yaxınlaşır Bu gün, 10:48 İşləməyə ehtiyacı olmayan şəxslər qeydiyyata alınacaqlar Bu gün, 10:48 Azərbaycanda kimlərin maaşları artacaq? - Komitə üzvü danışdı Bu gün, 10:48 Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb Bu gün, 10:48 Bakıda Azərbaycan və İtaliya hərbi ekspertlərinin iştirakı ilə təlim keçirilib Bu gün, 10:48 "Omid" Mağazalar Şəbəkəsinin rəhbəri həbs edildi Bu gün, 10:48 Gürcüstanın №1 daşınmaz əmlak şirkət Archi bir gündə mənzil satışları üzrə yeni rekorda imza atıb! Bu gün, 10:48 DTX-nin Akademiyasında Zəfər gününə həsr olunan elmi-praktiki konfrans keçirilib Bu gün, 10:48 Mingəçevirdə yük avtomobili bataqlıqda batıb, iki nəfər xilas edilib Bu gün, 10:48 Bakıda polkovnik avtomobili ilə qadını vurub öldürdü Bu gün, 10:48 Gəncədə evdən kişi meyiti tapılıb Bu gün, 09:48 Qızıl və gümüşün qiyməti UCUZLAŞDI Bu gün, 09:48 Azərbaycanda mənzillərdəki elektron cihazlar qeydiyyata alınacaq Bu gün, 09:48 İnəkdən sağılan və balalarına içirdilən süd də uçota alınacaq - Yeni qərar Bu gün, 09:48 Azərbaycanlı ictimai və siyasi xadim Heydər Camalın doğum günüdür Bu gün, 09:48 Fatmayıda partlayış olub, iki nəfər xəsarət alıb Bu gün, 09:48 Qoyunlardan qırxılmış yun qeydiyyata alınacaq Bu gün, 09:48 Azərbaycanlı xanəndənin həyat yoldaşı bu səbəbdən həbs edildi Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında XI tura start verilir Bu gün, 09:48 Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb Bu gün, 08:48 Bakıda bu ünvanlarda işıq olmayacaq Bu gün, 08:48 UEFA Avropa Liqası: "Trabzonspor" öz meydanında, "Beşiktaş" isə səfərdə uduzdu Bu gün, 08:48 Türkiyənin sabiq naziri həbs edildi Bu gün, 08:48 Beynəlxalq axtarışda olan Elmir Nuriyev Almaniyadan Azərbaycana gətirilib Bu gün, 08:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR