19-02-2023, 06:13 597

Bu gün 19 minədək bakalavr magistraturaya qəbul imtahanı verəcək

Dövlət İmtahan Mərkəzi 19 fevral 2023-cü il tarixində ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanı keçirəcək.

Bu barədə "AVESTA.AZ"a DİM-dən məlumat verilib.

Bildirilib ki, magistratura səviyyəsinə qəbul imtahanı respublikanın 7 şəhər və rayonunda - Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 72 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onun “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Bildiyiniz kimi, imtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanacaq. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saatdır. İmtahan başa çatdıqda və ya iştirakçı tərəfindən yekunlaşdırıldıqda cavab kartı ilə yanaşı, sual kitabçası da nəzarətçiyə təhvil verilir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 24‑dən fevralın 9-dək aparılıb. İmtahanda iştirak etmək üçün 18724 bakalavr ərizə təqdim edib. Onlardan 17190 nəfər Azərbaycan bölməsi, 1534 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 12292-si cari ilin, 6432-si isə əvvəlki illərin məzunlarıdır, 49 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 51, Sumqayıtda 5, Abşeronda 3, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 3, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 13635, Naxçıvanda 501, Gəncədə 1528, Sumqayıtda 1344, Abşeronda 745, Mingəçevirdə 565, Lənkəranda 406 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 72 ümumi rəhbər, 202 imtahan rəhbəri, 1684 nəzarətçi-müəllim, 169 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

Ərizə vermiş bakalavrlar imtahanda iştirak etmək üçün fevralın 13-dən etibarən DİM-in internet saytına daxil olub “Şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etməklə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Burada iştirakçının imtahan verəcəyi şəhər, bina və digər məlumatlar qeyd olunub.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- “İmtahana buraxılış vərəqəsi”ni.

Göstərilən sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaq.

Paylaş

Xəbər lenti

Minimum əməkhaqqı ilə bağlı VACİB XƏBƏR: 700 min nəfərin maaşı arta bilər! Bu gün, 10:48 Alimlərdən 2026 FIFA DÇ ilə bağlı XƏBƏRDARLIQ! Bu gün, 10:48 Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi Bu gün, 10:48 Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək Bu gün, 10:48 Ağcabədidə güclü külək ağacları aşırdı, avtomobillərə ziyan dəydi Bu gün, 10:48 Bəzi yerlərdə şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA Bu gün, 10:48 İlham Əliyev Ağakərim Səmədzadəyə YÜKSƏK VƏZİFƏ VERDİ Bu gün, 10:48 FHN Bakıda təlim keçirdi, nöqsanlar aşkarlandı Bu gün, 10:48 Hande Harmancı hantavirusun Azərbaycanda yayılma riskindən DANIŞDI Bu gün, 09:48 Bakı və Sumqayıtın bəzi ərazilərində işıqlar sönəcək - SİYAHI Bu gün, 09:48 Türk dünyası tək güc mərkəzi kimi: Şuşada təməli qoyulan strateji həmrəylik Bu gün, 00:48 Bakıda piyadalar üçün böyük dəyişiklik başlayıb Bu gün, 00:48 Rövşən Nəcəf: "Neftçi"yə UEFA Çempionlar Liqasında uğurlar arzulayırıq Bu gün, 00:48 Daha bir xəstəxananın direktoru vəzifəsindən AZAD EDİLDİ Dünən, 23:48 İradə İbrahimova: "Ana-atamı yaxşı tanımamışam" Dünən, 23:48 Məşhur aktyor "Eşref Rüya"da Dünən, 23:48 "Sabah" komandası mükafatlandırılıb Dünən, 23:48 Bakıda keçirilən WUF13 Festivalı ictimai proqramla yekunlaşıb Dünən, 23:48 "İpək yolu" rallisi Bakıya çatdı - "Bir ildir ki, buna hazırlaşırdıq" Dünən, 22:48 "Sabah" Azərbaycan Kubokunun qalibi olub Dünən, 22:48 Azərbaycanda dollar erası bitir? Dünən, 22:48 Valdas Dambrauskas: "Sabah" bu mövsüm mükəmməl mövsüm keçirdi" Dünən, 22:48 AFFA prezidenti: İnanıram ki, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edəcəksiniz Dünən, 22:48 "Can veririk, bizə kömək edin!" - Kənddə qalan sakinlər fəryad edirlər Dünən, 21:48 Xatirə İslam hava limanında 10 saat gözlədi Dünən, 21:48 Avtobus dayanacağa 40 dəqiqəyə çatdı, sürücü ilə mübahisə düşdü Dünən, 21:48 "Sabah"- "Zirə" oyununda hesab bərabərləşib Dünən, 21:48 Röya və Əkbərin "Ay qız" mahnısı geri qaytarıldı - Plagiat iddiaları yalan çıxdı Dünən, 21:48 Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir Dünən, 20:48 "Sabah" - "Zirə" oyununda hesab açılıb Dünən, 20:48 Bakı Dəmiryol Vağzalında vətəndaşları SEVİNDİRƏCƏK YENİLİK Dünən, 20:48 İdris Cəfərov: "Həkimlər Nazimin ödünü çıxaranda qaraciyərini də zədələyiblər" Dünən, 20:48 Ermənistanda revanşizm meyilləri və regionda artan siyasi gərginlik MÜZAKİRƏ EDİLDİ Dünən, 19:48 Arvadı Makronu təyyarədə iranlı aktrisa ilə yazışmalarına görə sillələyib? Dünən, 19:48 Ağciyər Xəstəlikləri İnstitutu vərəm xəstələrini evə buraxır? - İDDİA Dünən, 19:48 SOCAR-ın prezidenti "Özbəkistanın nefti və qazı" 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib Dünən, 19:48 Azərbaycan və Belarusun hərbi informasiya sahəsində nümayəndələrinin işçi görüşü keçirilib Dünən, 19:48 "Neftçi"nin qızlardan ibarət komandası növbəti dəfə Azərbaycan çempionu olub Dünən, 19:48 Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib Dünən, 18:48 Məşhur generalın xanımı vəkilliyə başladı Dünən, 18:48 Azərbaycan və Özbəkistan HHQ nümayəndələrinin görüşü olub Dünən, 18:48 Türkiyədən evlənmək üçün Azərbaycana gəldi, küçədə qaldı: 67 minlik dələduzluq iddiası Dünən, 18:48 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Hindistana təhvil verib Dünən, 18:48 Bəzi yerlərdə intensiv yağış yağır, dolu düşüb - FAKTİKİ HAVA Dünən, 18:48 Sahibə Qafarova Slovakiya Milli Şurasının sədri ilə görüşüb Dünən, 17:48 Təqsirləndirilən şəxsi azadlığa buraxdıracağına söz verdi, özü həbsə düşdü Dünən, 17:48 Bakıda "İqlim dəyişikliyi üzrə həmkarlar ittifaqlarının fəaliyyəti" mövzusunda konfrans keçirilib Dünən, 17:48 İbrahim İbrahimova yeni vəzifə verildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR