
"Azərbaycan Mərkəzi Bankı haqqında" Qanuna nağd pula olan minimal tələblərin müəyyən edilməsi ilə bağlı dəyişikliklər ediləcək.
"Report" xəbər verir ki, bunu AMB-nin Nağd pul departamentinin Ekspertiza şöbəsinin rəisi Nəsib Pənahlı "Nağd pul dövriyəsinin təşkili-2023 seminarı"nda deyib.
O qeyd edib ki, bununla bağlı Mərkəzi Bank artıq monitorinqlərə start verib:
"Çalışırıq ki, əhali pul nişanları ilə davranış mədəniyyətini daim üstün tutsun. Pul nişanlarını nə qədər düzgün saxlayıb, istifadə etsək bir o qədər az maliyyə itkisi yaşayarıq və pul nişanlarının qorunması baxımından daha çox uğur qazanmış olarıq".
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.