
Ukraynanın Rusiyanın ilhaq etdiyi Krım bölgəsində yaşayan türklərinin lideri və Ukrayna Ali Radasının deputatı Mustafa Kırımoğlu Türkiyədə səfərdədir.
“Report” xəbər verir ki, o, Ankarada Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.
Nazir tviterdə etdiyi paylaşımda çətin günlərdə Türkiyənin yanında olduqlarına görə bütün Krım türklərinə təşəkkürünü bildirib.
Qeyd edək ki, Rusiya 2014-cü ildə Ukraynanın Krım yarımadasını qanunsuz şəkildə ilhaq edib.
Deprem felaketi sonrası Ankara’yı ziyaret eden Kırım Tatar Türklerinin lideri ve Ukrayna Milletvekili Mustafa Kırımoğlu'na ve tüm Kırım Tatar Türklerine zor günlerimizde yanımızda oldukları için teşekkür ettik.
— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu)
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.