22-02-2023, 01:34 645

Moldova Tarix muzeyində Xocalıya həsr olunmuş konfrans keçirilib

21 fevralda Moldovanın paytaxtı Kişinauda Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi, Moldova Azərbaycan Konqresinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moldova Tarix muzeyində Xocalıya həsr olunmuş konfrans keçirilib. Tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunub.

Bu barədə "AVESTA.AZ"a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Konfransda Azərbaycan Respublikası Milli Məclisin deputatları, Moldova rəsmiləri, ictimai-siyasi xadimlər, azərbaycan diasporun üzvləri, Moldovada akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərləri – qardaş Türkiyə, Bolqarıstan, Qətər, İsrail, Rumıniya, Qazaxıstan səfirləri, o cümlədən bu ölkədə yəhudi ictimai təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.

İlk öncə qonaqlar Moldova Tarix muzeyinin foyesində təşkil olan Xocalı soyqırımını əks etdirən foto şəkillər ilə tanış olublar.

Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımı haqqında broşürlər, lifledlər, “Sonsuz dəhliz” filminin diskləri, döş nişanları paylanılıb. Sonra konfransda Xocalı soyqırımı haqqında “Histogram #Khojaly” filmi nümayiş olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov konfrans iştirakçılarına Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından söz açıb, erməni quldurların xalqımıza qarşı həyata keçirtdikləri etnik təmizləmə siyasəti nəticəsində törətdikləri cinayətlər sırasında Xocalı soyqırımının xüsusi amansızlıqla seçildiyini qeyd edib. Səfir Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi, torpaqlarımızın mənfur düşmənin işğalından azad olunması və ölkəmizin ərazi bütövlüyünün təmin olunması nəticəsində xalqımızın başıuca gəzdiyini bildirib. Diplomat tədbirdə iştirak edən Moldova Azərbaycan Konqresinin gənc üzvlərinə səslənərəq, Xocalı soyqırımının Moldova Parlamentində tanınması istiqamətində təşəbbüskar olmağa çağırıb.

Sonra tədbirdə Moldova Respublikası Prezidenti Apparatının rəhbəri Andrey Spınu çıxış edib. O dünyanın istənilən yerində işğalçı siyasətin yolverilməz olduğunu qeyd edib, Xocalı soyqırımına bənzər dəhşətli ağlasığmaz hadisələrin təkrarlanmaması üçün regionda sülhün bərqərar olmasının vacibliyini vurğulayıb. Andrey Spınu Azərbaycana səfərlərini xatırlayaraq, ölkəmizdə şahidi olduğu hərtərəfli inkişafdan söz açıb, dövlətimizə dəstəyini ifadə edərək, Moldovanın Azərbaycanın kədərini bölüşdüyünü bildirib.

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Tahir Mirkişili çıxışında Xocalı faciəsinin Birinci Qarabağ müharibəsində ən qanlı, ən irimiqyaslı faciə olduğunu bildirib. O bunun Azərbaycan xalqının gözləmədiyi anda qonşu erməni xalqı tərəfindən qəddarcasına törədildiyi söyləyərək, Xocalı faciəsini yalnız xalqımıza qarşı deyil, ümumilikdə insanlıq əleyhinə, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayyət adlandırıb. Bu hadisələrin bir daha təkrarlanmaması üçün bütün ölkələrin Xocalı soyqırımını qınamalı olduğunu iştirakçıların diqqətinə çatdırıb.

Moldova Parlamentinin deputatı, Azərbaycan ilə Moldova parlamentlərarası dostluq qrupunun Moldova tərəfindən sədri Vitaliy Jakot çıxışında Xocalı soyqırımı törədilməsinə görə məsuliyyət daşıyanların cəzalandırılmasının vacibliyini vurğulayıb. “Bu ona görə lazımdır ki, buna bənzər dəhşətli hadisələr nə indi, nə də gələcəkdə təkrarlanmasın”, - deyə millət vəkili qeyd edib.

Azərbaycan Respublikası Milli Məclisin deputatı Soltan Məmmədov çıxışında Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən tədbiri yüksək qiymətləndirərək, Heydər Əliyev Fondunun Xocalı soyqırımı haqqında həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyətindən danışıb. O, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası vasitəsi ilə faciə ilə əlaqədar erməni millətçilərinin əsl simasını ifşa edən dəhşətli faktların geniş beynəlxalq ictimaiyyətə çatdırılmasında kampaniayanın böyük rolunu vurğulayıb. Millət vəkili Prezident İlham Əliyev Xocalı soyqırımını törədənlərin ifşa olunmasını və beynəlxalq ictimaiyyətin geniş məlumatlandırılmasını Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirildiyini iştirakçıların diqqətinə çatdırıb. Bununla yanaşı, azərbaycanlı deputat Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin gündəmdə olduğunu, regionda bütün xalqların marağında olan sülhün və əminamanlığın bərqərar olması üçün ölkəmiz tərəfindən həyata keçirilən siyasətdən söz açıb.

Moldovalı siyasi təhlilçi, politoloq Ruslan Şevçenko Xocalı soyqırımını törədən erməni cinayətkarların beynəlxalq ictimaiyyət qarşısında cavab verməsinin vacibliyini vurğulayıb, bu dəhşətli faciənin iddia vaxtının olmadığını qeyd edib.

Moldova Azərbaycan Konqresinin sədri Elçin Bayramov Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması və bu soyqırıma obyektiv qiymət verilməsi məqsədilə hər il Moldovada təşkil edilən tədbirlərdən söz açıb, gənc azərbaycanlıları öz faciəvi tarixini unutmamağa çağırıb.

Tədbir yerli KİV-də geniş işıqlandırılıb.

Paylaş

Xəbər lenti

Kəmalə Qaramollayevanın "Dünyam" konsertindən GÖRÜNTÜLƏR Bu gün, 01:48 Avropa Komissiyası ABŞ-nin Aİ ilə bağlı istehsal iddiasını rədd edib Bu gün, 01:48 Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər Bu gün, 01:48 Cəlilabad rayonunun bir hissəsi susuz qalıb Bu gün, 01:48 Çətin dağ yolları və mina təhlükəsi: Ordunun Kəlbəcərə hərəkəti üçün hansı hazırlıqlar görüldü? Dünən, 23:48 "TikTok"dan 10 min şitil aldı, 60 min ziyana düşdü: "Kimə göstərdim, pomidora yaxın durmadı" Dünən, 23:48 Elçin Məsiyev dünya çempionatına təyinat aldı Dünən, 23:48 Monteneqro Prezidenti 2027-ci ildə Azərbaycana səfər edəcəyini təsdiqləyib Dünən, 23:48 Azərbaycanda qadını vəhşicəsinə döyən şəxs polis tərəfindən saxlanılıb Dünən, 23:48 ABŞ-də lotereyada 1 milyon dollar qazanan miqrant saxlanıldı Dünən, 23:48 UEFA Çempionlar Liqası: "Sabah" "Barselona" ilə matçda fərqi azaldıb Dünən, 23:48 Qarlı və buzlu yolda sürücülər üçün 8 vacib qayda Dünən, 23:48 Azərbaycanda qadın vəhşicəsinə döyüldü: Pəncərəsinə daş atıldı Dünən, 22:48 Moskvada Qod Nisanovun yeni beşulduzlu hotelinin açılışı olub Dünən, 22:48 "Sabah" - "Barselona" qarşılaşmasında hesab açıldı Dünən, 22:48 "Sabah" - "Barselona" matçında stadiona girişdə problem yaranıb Dünən, 22:48 Azərbaycanda bu şəxslərin evləri TƏMİR EDİLƏCƏK Dünən, 22:48 Mətanət İsgəndərli: "Kəmalə Qaramollayeva belə davam etsə, dünya səhnələrinə çıxacaq" Dünən, 21:48 "200 min pul vermişəm": İcra hakimiyyəti Digahda yolu satıb? Dünən, 21:48 İranda saxta spirtli içkidən 20 nəfər ölüb Dünən, 21:48 Həkimdən xəbərdarlıq: Dərman qəbul edənlər alkoqoldan uzaq durmalıdır Dünən, 21:48 "Sabah" - "Barselona" qarşılaşması start götürdü Dünən, 21:48 Azərbaycanda palçıq vulkanı püskürdü Dünən, 21:48 PA-nın Vətəndaş Qəbulu Mərkəzində dekabr ayı üçün qəbul cədvəli açıqlandı Dünən, 20:48 Güclü küləklə bağlı xəbərdarlıq Dünən, 20:48 Bakı Olimpiya Stadionu tarixi oyuna hazırdır Dünən, 20:48 Əhaliyə ŞAD XƏBƏR - 3 milyon vətəndaşın gəliri artacaq Dünən, 20:48 Kəmalə Qaramollayeva: "Bu konsertə 5 ay hazırlaşmışıq" Dünən, 20:48 Bakıda üç şəhər poliklinikası TƏMİR OLUNACAQ Dünən, 19:48 Türkmənistan Orta Dəhlizin inkişafına özəl investisiyalar cəlb etmək niyyətindədir Dünən, 19:48 Rahim Sterlinqin cəzası məlum oldu Dünən, 19:48 "Black Friday" - Saxta endirim edənləri hansı cəza gözləyir? Dünən, 19:48 Bu ilin sonuna qədər dövlət sifarişi əsasında çəkilən 3 film təqdim olunacaq Dünən, 19:48 Bakıda avtobuslar üçün nəzərdə tutulan xüsusi svetofor istifadəyə verilib Dünən, 18:48 İdman yarışlarının maliyyələşdirilməsi qaydaları üzrə yeni normalar müəyyənləşib Dünən, 18:48 PAŞA Bank və Deloitte Private "Best Managed Companies Azerbaijan 2027" proqramı üzrə növbəti əməkdaşlıq müqaviləsini imzalayıb Dünən, 18:48 BRAVO supermarketlər şəbəkəsi böyük brendləri bir araya gətirdi: Tərəfdaşlar üçün yeni reklam və əməkdaşlıq imkanları təqdim edildi Dünən, 18:48 Xalq artisti Elmira Şabanova vəfat etdi Dünən, 18:48 Sumqayıt bulvarında dənizdə batan şəxsin meyiti tapıldı Dünən, 17:48 Bakıda küləyin sürəti 22 m/s-dir, bəzi rayonlara qar yağır - Faktiki hava Dünən, 17:48 Yasamalda narkotik istifadəçiləri saxlanıldı - ANBAAN VİDEO Dünən, 17:48 Zaqatalada itkin düşmüş şəxsin axtarışlarına təlim itləri cəlb olunub Dünən, 17:48 Məktəblərdə qışa hazırlıq necə aparılır? Dünən, 17:48 Azərbaycan və Tacikistan Müdafiə nazirlikləri arasında təcrübə mübadiləsi aparılıb Dünən, 17:48 UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası "Barselona"ya uduzub Dünən, 17:48 Murad Süleymanov vəzifəsindən azad edildi Dünən, 17:48 Fransada tətil Paris–London qatar reyslərini pozdu Dünən, 16:49 Müştəri adı ilə salona girdi, PS5-i çantasına qoyub qaçdı - SAXLANILDI Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR