
Kiyevə raket zərbəsi nəticəsində "Azadlıq" radiosu Ukrayna redaksiyasının əməkdaşı Vira Giriç həlak olub. Raket düz onun yaşadığı evə düşüb, qadının meyiti isə yalnız bu gün tapılıb.
Məlumatı həlak olmuş jurnalistin həmkarı Aleksandr Demçenko açıqlayıb.
Redaksiyadan bildiriblər ki, Vera Giriç 2018-ci il fevralın 1-dən “Azadlıq” radiosunun Kiyev bürosunda işləməyə başlayıb. Bundan əvvəl o, Ukraynanın aparıcı telekanallarında işləyib.
Jurnalistin həmkarı Aleksandr Demçenko mərhumun raket zərbəsinə məruz qalmış evinin yanında dayanmış və üzərində qəlpə zədələri olan avtomobilinin fotosunu təqdim edib.
"Bu, "Azadlıq" radiosunda çalışan həmkarım Vera Giriçin kiçik maşınıdır. Bir neçə il əvvəl o, bizi onunla işğal olunmuş ərazilərdə məlumatı necə toplamaq lazım olduğunu danışmaq məqsədilə Nemeşayevoya(Donbas ərazisi-S.L.) aparmışdı. İndi Vera artıq yoxdur. "Dəqiq" Rusiya raketi onun evinə düşdü. Vera bütün gecəni orada qaldı, onu yalnız səhər tapdılar. Şəxsən mən əsəbiləşmirəm və ağlamaq istəmirəm, çünki bunu hər gün təkrarlamaq lazım gəlir. Sadəcə, artıq belə gözəl bir insanın olmadığınını necə deyəcəyimi bilmirəm" -deyə mərhum jurnalistin həmkarı həyəcanla söyləyib.